29 Oktyabr 2026, Cümə axşamı
Millimiz Cəbəllütariqə qalib gəldi
“Qarabağ” “Dinamo”ya uduzdu
Ribeyro 2 oyunluq cəzalandı
“Qarabağ” Abbasla vidalaşdı

Ölkə futbolu

"Legiya"nın sahibi döyüldü

UEFA Konfrans Liqasının ötən gün keçirilən "AZ Alkmaar" - "Legiya" (1:0) matçından sonra insident yaşanıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, “Legiya” klubunun 2 futbolçusu yerli polislər tərəfindən saxlanılıb.

Oyundan əvvəl təhlükəsizlik əməkdaşları ilə azarkeşlər arasında qarşıdurma yaşandığından görüş başa çatdıqdan sonra “Legiya”nın stadiondan ən sonda buraxılması qərara alınıb. Futbolçular buna kəskin etiraz ediblər. Polis isə Polşa komandasının avtobusunu mühasirəyə alıb. Hadisə zamanı "Legiya"nın iki futbolçusu - Joseu ilə Radovan Pankov saxlanılıb.

Buna müdaxlə etmək istəyən "Legiya"nın sahibi Dariuş Mioduski, eləcə də bəzi heyət üzvlərinə fiziki təzyiq göstərilib. İki saatdan çox gözlədikdən sonra "Legiya" stadionu tərk edib. Ancaq Niderland polisi saxlanılan futbolçuların taleyi ilə bağlı məlumat verməyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31