Ölkə futbolu
Qurban Qurbanov: "İstərdim ki, Türkiyə və Azərbaycan çempionatları birləşsin"
"Möhtəşəm atmosfer var idi. Azarkeşlərimizə təşəkkür edirəm. Bütün təşkilatçılara da təşəkkür edirəm, əla şərait yaratmışdılar".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qalatasaray"la keçirdikləri xeyriyyə matçından (1:2) sonra təşkil olunan mətbuat konfransında deyib.
O, baxımlı oyun keçdiyini bildirib: "Fanatlar üçün baxımlı oyun oldu. Oyundan çox razı qaldım. İşimizə görə çox şey qazandıq. Belə görüşlər həm futbola sevgini çoxaldır, həm də bizə böyük təcrübə verir. Oyunun mahiyyətini bilirdik, yardım məqsədilə keçirilmişdi. "Qalatasaray"a uğurlar arzu edirəm. Son vaxtlar böyük işlər görürlər. Qarşıdakı oyunlarda onlara uğurlar arzu edirəm".
Qurbanov ümumilikdə oyunu belə dəyərləndirib: "Dostluq oyunu idi. Daha sakit və aqressiv olmayan tərzdə oyun başladı. Futbol elə bir oyundur ki, oynadıqca aqressiya artır, istək çoxalır. Həm də, "Qalatasaray"ın gücünü nəzərə almaq lazımdır. İlk dəqiqələrdən sürətli idilər. Sadəcə standart vəziyyətdən qol buraxdıq. Böyük komandalara qarşı oynayanda ilk dəqiqələrdə həyəcan olur. Sonradan oyunu ələ aldıq, hücumlar etdik. Komandamın oyunundan razı qaldım".
Qurbanov "Qalatasaray" futbolçularının Bakıya gec - dünən gecə gəlməsi, həmçinin onunla görüşməməsi haqda bunları söyləyib: "Bəzən belə nüanslar olur. Məncə, burada inciyəcək bir şey yoxdur. Xırda detallara görə incimək bizə düşməz. Dostlarımızdan, qardaşlarımızdan küsməyə haqqımız yoxdur. Belə fikirlər olmamalıdır. Oyunun mahiyyəti hər kəsə aydındır".
Məşqçi baş hakim Əliyar Ağayevin "Qarabağ"ın qapısına penalti təyin etməsindən danışıb: "Heç nəyə ehtiyacımız yoxdur. Biz kiməsə borclu qalmaq, kimdənsə borc almaq istəmərik. VAR-a baxmadılar. Belə şeylərə görə hakimlərin üzərinə getmək düzgün deyil. Yoldaşlıq oyunu olsa da, idarə etmək asan deyil. İlk hissədə narazılıqlar oldu. Rəqib sərt oynadığımızı deyirdi. Onların dəyərli, bahalı futbolçuları var. İstəməzdilər kimsə zədələnsin, biz də. Hakimlər səhv etməkdən narahat idi".
Çalışdırıcı "Qarabağ"ın heyətində "Qalatasaray"da oynaya biləcək neçə oyunçu var?" sualını bu cür cavablandırıb: "Cavab verə bilməyəcəm. Fərqli çempionatlar, fərqli oyun üslubları var. Futbolçularım burada oynayır. Hər bir oyunçumu "Qalatasaray"da görmək istəyərəm. Bəlkə, kimlərsə daha tez uyğunlaşar. "Qalatasaray"ın futbolçularının keyfiyyətinə söz yoxdur. Onların topla rəftarı, düşüncəsi bunları göstərdi. Həqiqətən, qiymətlərinə, dəyərlərinə layiq oyunçulardır".
"Qalatasaray"a bizimlə oynamağa razılıq verdikləri üçün təşəkkür edirəm. İstərdim ki, Türkiyə və Azərbaycan çempionatları birləşsin, bir liqamız olsun. Qarşıda iki ölkə klublarının oyunları keçirilə bilər. Bu, bir başlanğıc oldu. Bu cür atmosfer tək Bakıda yox, digər bölgələrdə, hətta Türkiyədə də olar. Futbolumuzun inkişafı üçün belə oyunların daha çox keçirilməsi lazımdır. Bu cür görüşlər futbolu daha çox sevdirir. Bizim çempionatla onların liqası arasında fərq böyükdür. Çox istərdim ki, belə görüşlərin sayı çox olsun. Mənim narahatlıq keçirdiyim şey dostların bir-birinə qarşı oyunlarıdır. Çünki bəzən narazılıqlar olur və bu da futbolun prinsiplərindəndir. Bugünkü oyundan çox razı qaldım. Türkiyə futboluna uğurlar arzu edirəm. Hər zaman bir-birimizin yanındayıq", - deyə mütəxəssis bildirib.
Qurbanov bu oyun üçün sabiq futbolçusu, hazırda "Zirə"də çıxış edən Donald Geryeni komandaya dəvət etmişdi. Mütəxəssis "Geryeni yenidən komandanızda görmək istərdiniz?" sualına belə cavab verib: "O, "Zirə"nin futbolçusudur. Hazırda bu haqda fikir bildirə bilməyəcəyəm".
Qurbanov gənc qapıçısı Amin Ramazanovun "Qalatasaray"la matçdakı çıxışı haqda deyib: "Amin özünü yaxşı tərəfdən göstərdi. İlk dəqiqələrdən həyəcanlı olduğu hiss olundu. Futbolçuya böyümək üçün belə oyunlar lazımdır. Amin sona qədər soyuqqanlı, rahat və inamlı çıxış etdi. Digər tərəfdən, yoldaşlıq oyunu olması ona kömək etdi".
Mütəxəssis düşünür ki, milliyə yollanan futbolçular heyətdə olsaydılar, görüş daha baxımlı keçərdi: "Daha baxımlı oyun olardı. Bəlkə sona qədər dinamikanı saxlaya bilərdik. Digər tərəfədən, "Qalatasaray" da tam heyətlə deyildi. Tam heyətlə daha yaxşı oyun sərgiləyə bilərdik".
Qurban Qurbanov növbəti avrokuboklar mövsümünün yaxınlaşmasına da toxunub: "Biz ilk növbədə çempionatı uğurlu başa vurmalıyıq. Çalışmalıyıq ki, qrup mərhələlərinə düşək. 1/8 finalla qədər minimum vəzifəni yerinə yetirməliyik. Uğurlu nəticə üçün şanslarımız olub. Bəzən layiq olduğumuz halda, qələbə qazana bilməmişik. Əvvəlcədən nəticə ilə bağlı nəsə deyə bilmərik. Yaxşı komanda, heyət formalaşdırmalıyıq. Bunun üçün ilboyu çalışırıq. Daima gələcək üçün axtarışlarımız olur. Rəhbərlik deyir ki, hansı oyunçunu istəyirsiz, gətirəcəyik. Amma reallığa baxmalıyıq. O qədər futbolçu olub ki, razılaşmışıq, sonra alınmayıb. Bəzən bizdən az məbləğə başqa çempionata gediblər, Bakıya gəlmək istəməyiblər. Bizdən asılı olmayan nüanslar var. Düşünməyin ki, bu haqda fikirləşmir, gələcək planlara hazırlıq görmürük. Oyunçularımız getsə də, komandanın stabilliyini saxlaya bilmişik. Minimum işimiz olduğumuz yerdə qalmaqdır. Hər il eyni uğuru əldə etmək çətindir. İnanın ki, bizim üçün istədiyimiz oyunçunu əldə etmək asan deyil. Hazırlığımız gedir. Maya qədər bir neçə oyunçu əldə etməyə çalışacağıq. Bu işlərə ciddi yanaşırıq".
Çalışdırıcı stadionda "Qalatasaray" azarkeşlərinin çox olmasının onu narahat etmədiyini deyib: "Rəsmi oyun olsaydı, məncə, bizim fanatlarımız üstünlük təşkil edər. Hər şeydən razı qaldım".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
19:27
Dünya çempionatı: Rəşid Məmmədəliyev Azərbaycana ikinci medalı qazandırdı
-
18:51
Rui Jorje: “Mən klubların işinə qarışa bilmərəm”
-
18:08
U-20 yığmamız Yaponiyaya penaltilər seriyasında qalib gəldi
-
17:19
“Qarabağ” Sefasın durumu ilə bağlı açıqlama yaydı
-
16:45
“Bavariya” Keynlə yeni müqavilə imzalayacaq
-
16:02
“Çelsi” “Barselona”nın müdafiəçisi ilə maraqlanır
-
15:23
I Liqada hakim təyinatları
-
14:36
Litva millisinin baş məşqçisi istefaya göndərildi
-
14:14
Voleybol millimiz İzmirdə hazırlıq keçəcək
-
14:00
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
-
13:51
5 boksçumuz mərhələ adladı
-
13:27
Azərbaycan Kuboku: I təsnifat mərhələsi üçün hakim təyinatları
-
12:49
Alen Şkribeklə Bakıda bir gün - “Neftçi TV”dən maraqlı vloq VİDEO
-
12:15
Ronaldo “Əl-Nəsr”in düşərgəsinə qayıtdı
-
11:32
Varkonyinin debütu yenə baş tutmadı
-
11:08
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:46
VI "Qələbə qaçışı" xeyriyyə tədbiri keçiriləcək
-
10:23
İtaliya millisi yenə Türkiyəyə qalib gəldi VİDEO
-
09:54
“Qarabağ”ın qapıçısı sevindi, “Sabah”ın müdafiəçisi üzüldü
-
09:31
“Zirə”nin müdafiəçisi sona kimi ehtiyatda qaldı
-
09:17
Arda Gülər 2031-ci ilə kimi “Real”da
-
09:10
U-21 millimiz Cəbəllütariqə qarşı
-
09:00
Yankoviç yenidən ermənilərə qarşı oynadı
-
20:35
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna bilet satışı davam edir
-
19:51
AMADA "Zirə"nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib
-
18:47
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib FOTOLENT
-
18:12
Azərbaycan klubunda yeni məşqçi təyinatı
-
17:29
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
-
17:00
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
-
16:46
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb
-
16:18
Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
-
15:54
DÇ: Cüdoçularımız günü medalsız başa vurdular
-
15:37
İnfantino Monqolustanda: Ölkə prezidenti ilə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
15:01
Bakıda keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri davam edir
-
14:45
“Sumqayıt”ın üzvləri ekoloji layihədə iştirak ediblər FOTOLENT
-
14:23
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
-
13:59
Azərbaycanlı hakimə UEFA-dan təyinat
-
13:32
Ukrayna klubunun baş məşqçisi: “Renat Dadaşov əsl hücumçudur”
-
13:16
İrina Zaretska Avstriyada qızıl medal qazanıb
-
13:00
Maqsud Fərzullayev: "Formula 1"dən sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq"
-
12:28
Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı
-
12:04
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
-
11:47
Anastasiya Abramovanı “Tümen”i “Gəncə”yə dəyişdi
-
11:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
-
10:29
Mahir Məmmədov FIDE prezidenti ilə görüşüb
-
10:13
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
09:52
Edqar U-21 yığmasına qoşuldu
-
09:30
Dünya çempionatı: Daha dörd cüdoçusu mübarizəyə başlayır
-
21:14
Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”
06.10.2026
05.10.2026
04.10.2026
























