28 Sentyabr 2026, Bazar ertəsi
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi

Ölkə futbolu

"Qarabağ" - "Qalatasaray" matçının biletləri nə vaxt satışa çıxır?

"Qarabağ"la Türkiyənin "Qalatasaray" klubu arasında keçiriləcək xeyriyyə matçının biletlərinin nə vaxt satışa çıxacağı məlum olub.

Futbolxeber.az saytının məlumatına görə, biletlər martın 16-dan satışda olacaq.

Biletləri həm onlayn şəkildə, həm də satış məntəqələrindən əldə etmək olar.

Sektorlardan asılı olaraq biletlərin qiyməti 3-5-30-50 manat təşkil edəcək. VİP biletlərin qiyməti isə 100 manat olacaq.

Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30