22 Yanvar 2026, Cümə axşamı
Zubir: “10 xal inanılmaz göstəricidir”
"Qarabağ"da fantastik qələbə
Millimiz FİFA reytinqində neçəncidir?
"Ayntraxt" Bakıda məşq etməyəcək

Ölkə futbolu

PFL-in prezidenti Avstriyada

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov Avstriyanın paytaxtı Vyana şəhərində işgüzar səfərdədir.
 
Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, E.Səmədov Avropa Liqaları təşkilatının Avstriya Bundesliqası ilə birgə təşkil etdiyi seminara qatılıb.
 
İclas zamanı Avropa Liqaları təşkilatına üzv olan ölkələrin nümayəndələri ilə görüşən PFL prezidenti hazırda gündəmdə olan məsələlərin müzakirəsi ilə yanaşı gələcək əməkdaşlıqların perspektivləri ilə bağlı da fikir mübadilələri aparıb.
 
Qeyd edək ki, 1997-ci ildə yaradılmış Avropa Liqaları təşkilatı hazırda 34 ölkədən 40 liqanı və 1000-dən çox klubu özündə birləşdirir. Azərbaycan Peşəkar Futbol Liqası 2013-cü ildən bu qurumun tamhüquqlu üzvüdür. Hazırda sözügedən təşkilatla əməkdaşlığın daha da genişləndirilməsi və beynəlxalq təcrübənin PFL bayrağı altında keçirilən liqalarda tətbiq olunması daha da aktuallaşıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31