Ölkə futbolu
"Neftçi": ya qələbə, ya da... "Qarabağ"
Sorğu keçirilsə, son 3 gündə sosial şəbəkələrdə ən çox müzakirə olunan Azərbaycan klubu "Neftçi"di. 2 gün əvvəl - Azərbaycan futbolunun "qara cümə axşamısı"nda "Neftçi" kimi, "Qəbələ" və "Zirə" də meydanı məğlub tərk etsə də, əsas tənqid hədəfi "ağ-qaralar"dı. Hətta digər 2 klubla müqayisədə "Neftçi"nin 1 top az fərqlə uduzması, mərhələ adlamaq şansının digərlərinə nisbətən cüzi də olsa daha çox olması belə, tənqidləri səngitmir.
Təbii ki, bunun başlıca səbəbi "Neftçi"yə olan ümidlərdi. "Ağ-qaralar"ın istər maliyyə durumu, istər yay fasiləsində etdiyi transferlər "Zirə" və "Qəbələ" ilə müqayisə oluna bilməz. "Zirə" Slavik Alxasov, Mirsayib Abbasov, Rəhim Sadıxov, Rüstəm Əhmədzadə, "Qəbələ" isə İlkin Qırtımov, Səlahət Ağayev və Felipe Santosla gücləndiyi halda, baş məşqçi postuna Laurensiu Regekampfı gətirən flaqman Ataa Caber, Qodsvey Donyo, Kenni Sayef, Solomon Kvirkveliya və Yeqor Boqomolski kimi legioneri transfer etdi. Üstəlik, Rəhman Hacıyev icarədən qayıtdı.
Əslində, Konfrans Liqasının püşkü atıldıqdan sonra hər nə qədər optimist olmağa çalışsaq da, hər birimiz dərk edirdik ki, "Zirə" və "Qəbələ"nin mərhələ adlamaq şansı azdı. Odur ki, bütün ümidlər "Neftçi"yə(i)di. "Ağ-qaralar" bu gün ölkə daxilində "Qarabağ"la mübarizə apara biləcək yeganə komandadı. Samir Abasovun gedişindən sonra əcnəbi məşqçi, legioner transferləri - bütün bunlar "Neftçi" azarkeşini ümidləndirib. Fanatlar inanırlar ki, 2 2 il əvvəl olduğu kimi, cari mövsümdə də flaqman çempionluq mübarizəsində "Qarabağ"a rəqib olacaq. Daha ötən mövsüm olduğu kimi, sona 1 dövrə qalmış əzəli rəqibinin çempionluğu ilə razılaşmayacaq.
Gəl ki, cümə axşamı Limassolda sərgilənən futbol, qeydə alınan nəticə "Neftçi"sevərləri məyus etdi. Sevimli komandanın uduzması, zəif çıxışı bir yana, rəqib azarkeşlərin atmacaları da başqa bir dərddi. Üstəlik, hər 3 klubumuzun uduzması "Qarabağ"ın Azərbaycan futbolundakı çəkisini daha da artırır. Demək olar hər kəs "yaxşı ki, "Qarabağ" var", "Qurban Qurbanov olmasaydı, Azərbaycan futbolu nə edərdi?", "Azərbaycanda yeganə klub "Qarabağ"dı" və s. kimi fikirləri də aktual edir. Buna görə kimisə qınamaq da mümkün deyil. Həqiqətən də son illər Azərbaycan futbolunun Avropada üzünü ağ edən yalnız "Qarabağ"dı. Ötənilki fiaskodan sonra "Neftçi"nin bu il qitə miqyaslı yarışlarda uğurla çıxış edəcəyinə inam böyük olsa da, Limassoldakı görüş bu ümidin üzərindən xətt çəkib.
Bütün bunlara baxmayaraq, "Neftçi"nin hər şeyi düzəltmək üçün şansı var. Həm "Aris"i mübarizədən kənarlaşdırmaq mümkündü, həm də azarkeşlərin inamını bərpa etmək. Bunun üçün sadəcə olaraq iyulun 28-də Kipr klubunu "Bakcell Arena"da "dəfn etmək" lazımdı. "Qarabağ" ın "Lex"i Bakıda darmadağın etdiyi kimi...
Ayıl, "Neftçi, ayıl! İyulun 28-də təkcə öz adın üçün yox, həm də azarkeşlərin üçün meydanda mübarizə aparmalısan. "Aris"i keçmək bu azarkeşin haqqıdı. Mövsüm boyu səni dəstəkləyən, hər zaman yanında olan fanatlarını məyus etməyə haqqın yoxdu. Bu azarkeş "Bakcell Arena"nı boynubükük tərk etməməlidi. Səni sevənləri səni sevməyənlərin yanında diliqısa etmə. Şər deməsən, xeyir gəlməz, yox, sən iyulun 28-də özünü də, fanatlarını da əzəcəksənsə, onda taleyinlə barış, "Neftçi". Çünki bu halda ən azı daha bir il "Qarabağ"ın böyüklüyünü, əzəmətini, səndən üstün olmasını qəbul etmiş olacaqsan...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
-
10:32
Daha bir boksçumuz Avropa çempionu oldu
-
10:17
"Milan" səfərdə büdrədi VİDEO
-
10:00
Toral ehtiyatda qaldı, “Bursaspor” uduzdu
-
21:36
Balau "Turan Tovuz"a qələbə qazandırdı VİDEO
-
20:51
Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
20:25
"Qarabağ" və "Turan Tovuz"dan səfər qələbəsi
-
20:00
II Liqada hakim təyinatları açıqlandı
-
19:13
"Qarabağ" 1000-ci oyununda qalib gəldi VİDEO
-
18:48
Qurban Qurbanov: “Bizim üçün çox vacib qələbə idi”
-
16:24
Boksçumuz Avropa çempionu oldu
-
15:57
"Gəncə" heyətini amerikalı legionerlə gücləndirdi
-
15:32
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
-
15:19
Gimnastlarımız beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
-
14:46
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu
13.10.2026
12.10.2026
11.10.2026
























