12 Oktyabr 2026, Bazar ertəsi
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi
Azərbaycan kubokunda yeni rekord

Ölkə futbolu

“Neftçi”: açıq məşq və mətbuat konfransının vaxtı açıqlandı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da Kiprin Limassol şəhərindəki “AEK Arena” stadionunda keçiriləcək “Aris” - “Neftçi” oyunu öncəsi təmsilçimizin baş məşqçisi Laurentsiu Regekampf və serbiyalı futbolçu Voislav Stankoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. 

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir iyulun 20-si Bakı vaxtı ilə saat 21:00-da “AEK Arena”nın mətbuat zalında baş tutacaq. Konfransdan sonra - saat 21:30-da isə “Neftçi”nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Eyni məkanda həmin gün Bakı vaxtı ilə saat 19:15-də “Aris”in baş məşqçisi Aleksey Şpilevski və qapıçısı Vana Alvesin iştirakı ilə mətbuat konfransı, 19:45-də isə rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qeyd edək ki, bu tədbirlərin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31