27 May 2026, Çərşənbə
Murad Məmmədov "Pafos"a keçdi
“Neftçi” iki legionerlə vidalaşdı
Saşa İliç “Sumqayıt”dan getdi
Zakaria Savon rəsmən “Qarabağ”da

Ölkə futbolu

ÇL: "Qarabağ"ın III mərhələdəki potensial rəqiblərinin sayı 3-ə endi

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimindən əvvəl "Qarabağ"ın potensial rəqiblərinin sayı azalıb.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam İsveçrə "Sürix"ini üstələyəcəyi təqdirdə, səpələnmişlər səbətində yer alacaq. Bu halda rəqiblər "Lüdoqorets" (Bolqarıstan) / "Şemrok Rovers" (İrlandiya) və "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya)cütlərinin qalibləri, eləcə də Kiprin "Apollon" (Limassol) komandası olacaq.

Qeyd edək ki, iyulun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Oyunlar isə 2-3 avqust və 9 avqustda keçiriləcək ("Report").

Əlavə edək ki, buna qədər potensial rəqiblər arasında "Maribor" (Sloveniya) - "Şerif" (Moldova)və "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütlərinin qalibi də var idi. 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31