28 Noyabr 2025, Cümə
Medinanın son durumu bəlli oldu
XIII turun hakim təyinatları
“Qarabağ” “Napoli”yə uduzdu
"Neftçi" "İmişli"yə məğlub oldu

Ölkə futbolu

“Atalanta”nın yarımmüdafiəçisi “Qəbələ”də

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” şimali makedoniyalı İsnik Alimi ilə güclənib. 27 yaşlı yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Orta sahə oyunçusunun son klubu İtaliya “Atalanta”sı olub. 2015-21-ci illərdə Berqamo təmsilçisinə məxsus olan İsnik bu müddətdə icarə əsasında İtaliya klubları “Makerateze” (2015-16), “Forli” (2016-17), “Viçentsa” (2017-18), “Rimini” (2018-19), “İmoleze” (2019-20), həmçinin Xorvatiya “Şibenik”ində (2020-21) çıxış edib. O, karyerası ərzində Şimali Makedoniyanın “Ohrid” (2011), Xorvatiyanın “Noviqrad” (2012), İtaliyanın “Kyevo” (2014-15) və “Lumezzane” (2014-15, icarədə) klublarının da formasını geyinib. Alimi Şimali Makedoniyanın U-19 (2011-12), Albaniyanın U-21 (2014-16) milli komandalarının da şərəfini qoruyub.

Xatırladaq ki, “Qəbələ” Alimiyə qədər Urfan Abbasov, Məqsəd İsayev, Nicat Mehbalıyev və Kristof Atanqana-Assimbanı heyətinə qatıb.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30