12 Oktyabr 2026, Bazar ertəsi
"Qarabağ"da gözlənilməz ayrılıq
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi

Ölkə futbolu

"Hazırkı vəziyətimizi qorumalıyıq"

"Vacib oyun idi. Liderə qarşı oynayırdıq. Bizi yalnız qələbə liderliyə yüksəldə bilərdi. Şükürlər olsun, hər şey istədiyimiz kimi alındı. Futbolçularımı təbrik edirəm. Xüsusilə oyun nizam-intizamından razı qaldım".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının X turunda evdə "Sumqayıt"ı 6:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

 48 yaşlı mütəxəssis ardıcıl 3-cü oyunda böyükhesablı qələbə qazanmalarını bu cür şərh edib: "Futbolda belə oyunlar olur. Ola bilər, futbolçulardan daha çox hücum etməyi və qol vurmağı tələb edirik. Əvvəllər bu, bizdə alınmırdı. Getdikcə futbolçularımdan daha çoxunu tələb edəcəyəm. Hazırkı vəziyyəti qorumalıyıq".

Zədəlilərin durumuna da toxunan Qurbanov bunları deyib: "Onların növbəti oyunda forma geyinmək şansları yoxdur. Bədavi çata bilər, o da dəqiq deyil. Rahillə Maksim ölkə xaricindədir. Yalnız test nəticələrindən sonra qayıda bilərlər. Rahildə yaxşılaşma var. Maksimdə isə simptomlar davam edir. Bir az gözləməliyik. Abbas və Patrik bu ayın sonunadək oynamayacaq. Ozobiç isə zədə səbəbindən meydana çıxa bilməyəcək".

Çalışdırıcı Ağdamın işğaldan azad olunması barədə də danışıb: "Bütün xalqımı təbrik edirəm. Ağdam rəsmən bizə qayıtdı. Artıq qaçqın komandası yoxdur. Yenidən orada oynayacaq, oradakı hissləri yaşayacağıq. Bizə bu günləri yaşadan hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bundan sonra xalqımız daha da birləşəcək" (Sport24.az).

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31