16 Mart 2026, Bazar ertəsi
"Qarabağ" "Zirə"yə qalib gəldi
Andrey Demçenkodan qələbə şərhi
“Sumqayıt”dan azarkeşlərə jest
“Səbail” “Mingəçevir”ə qalib gəldi

Ölkə futbolu

“Çox istərdik ki, həm Bakıda, həm də Sivasda tribunaların 30 faizi dolsun”

"Sivasspor"la rəqib olmağımız bizi çox sevindirir. İki qardaş ölkənin iki qardaş komandası üz-üzə gələcək. Baş verən hadisələr səbəbindən belə bir oyun bizim üçün motivasiya olacaq".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş direktoru Emrah Çelikel Türkiyənin "Roadyo Gol" nəşrinə açıqlamasında deyib.

Klub rəsmisi Avropa Liqasının qrup mərhələsində "Sivasspor"la keçiriləcək hər iki oyunda tribunalarda azrkeşlərin olmasının istədiyini bildirib: "Çox istərdik ki, həm Bakıda, həm də Sivasda tribunaların 30 faizi dolsun. Amma təbii ki, sağlamlıq hər şeydən önəmlidir. Futbol azarkeşlər üçün oynanılır. Bunu qeyd etmək lazımdır. Yerli çempionatda 1 oyun az keçirməklə 6-cı sıradayıq. Hədəfimiz son 7 mövsümdə olduğu kimi, çempionluqdur".

Xatırladaq ki, "Qarabağ" I qrupunda "Sivasspor"la yanaşı, İspaniyanın "Vilyarreal" və İsrailin "Makkabi" (Tel-Əviv) klubları ilə mübarizə aparacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31