3 Avqust 2026, Bazar ertəsi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu

Ölkə futbolu

“Neftçi”nin məğlubiyyətsizlik seriyaları qırıldı

“Neftçi”nin məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasında sonuncu dəfə 2019-cu il noyabrın 9-da “Keşlə”yə 1:2 hesabı ilə uduzan bakılılar 276 gündən sonra “Sumqayıt”a məğlub olub. Bu dəfə 0:2 hesablı məğlubiyyət alan “ağ-qaralar”ın 10 matçlıq seriyası sona çatıb. Bu müddətdə “Neftçi” 6 oyunda qələbə qazanıb, 4 matçda heç-heçə edib.

Bütün turnirlər nəzərə alınmaqla isə son məğlubiyyət ötən il dekabrın 16-da qeydə alınmışdı. Həmin vaxt Azərbaycan kubokunun “Sumqayıt”la görüşündə 0:1 hesabı ilə uduzan “Neftçi” 239 gündən sonra məğlubiyyət alıb. Ardıcıl 9 görüşdə yenilməyən paytaxt klubu 5 qələbə və 4 heç-heçəyə sevinib.

Bu, həm də baş məşqçi Füzuli Məmmədovun karyerasında ilk məğlubiyyət olub. Debütü 2020-ci il fevralın 1-də elə “Sumqayıt”la oyunda (1:1) gerçəkləşən mütəxəssis ümumilikdə 8, Premyer Liqada 7 məğlubiyyətsiz oyun keçirib. Bu görüşlərdən üçü heç-heçə bitibsə, çempionatda 4, bütün turnirlərdə 5 qələbəyə şahid olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31