1 Iyun 2025, Bazar günü
PSJ "İnter"i darmadağın etdi
Kubokun qalibi "Sabah" oldu
U-21 millimizin heyəti açıqlandı
“Neftçi” 7 futbolçu ilə vidalaşdı

Ölkə futbolu

Millimizin yeni baş məşqçisinin daha 2 köməkçisi bilindi

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazinin daha 2 köməkçisi məlum olub.

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, Benni Karbone və Klaudio Beluççi də yığmanın məşqçilər korpusunda yer alacaq.

Karbone son olaraq 2017/2018 mövsümündə yerli "Krotone"də köməkçi məşqçi işləyib. Beluççinin son klubu isə "Albissolo" (2018/2019) olub.

Qeyd edək ki, "Qarabağ"ın sabiq futbolçusu, hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən Ansi Aqollinin də Azərbaycan millisində çalışacağı gözlənilir.

Əlavə edək ki, AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30