15 Dekabr 2025, Bazar ertəsi
AFFA klubları soyur! - ARAŞDIRMA
Qurbanov: “Çox vacib qalibiyyət idi”
Tahir Gözel Əkbərlə görüşdü
Azər Bağırovdan qələbə şərhi

Ölkə futbolu

"Hamınız bu oyuna hazır olmalısız!"

Dünən Lənkərandakı bazasında toplaşan “Xəzər Lənkəran” axşam məşqi ilə “Böyük oyun”un hazırlığına start verdi. Futbolxeber.az-ın məlumatına görə, Premyer Liqanın IV turunda “Neftçi”ni qonaq edəcək cənub klubu bu oyuna dönüş nöqtəsi kimi baxır. Təsadüfi deyil ki, axşam məşqində Con Toşak yetirmələrini məşq ortasında iki dəfə fiziki çalışmalarla yorub, “Bazar gününə çox var və hamınız bu oyuna hazır olmalısız!” deyərək motivasiya etməyə çalışdı. Bu gün “Xəzər Lənkəran” gün ərzində daha iki məşqə çıxacaq ki, səhər məşqini artıq yekunlaşdıran komandada qapı xətti istisna olmaqla zədəli futbolçuların olmaması məşqçilər korpusunu sevindirən məqamdır. Təkcə Duqlas Leyte və Orxan Sadıqlının zədələri davam edir və komandanın tibb korpusu hər iki futbolçunun bərpası üçün səylərini davam etdirir.


lankaranfc.com






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31