2 Mart 2026, Bazar ertəsi
“Qarabağ”dan möhtəşəm geridönüş
"Quba"nın futbolçusu mükafatlandırıldı
Şamaxıda və Qəbələdə bərabərlik
Millimizin rəqibləri müəyyənləşdi

Ölkə futbolu

"Zirə"dən yubiley qələbəsi

“Zirə” yubiley qələbəsini qazanıb.
 
Futbolxeber.az saytının klubun "facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, bu, Azərbaycan Premyer Liqasının 16-cı turuna təsadüf edib.
 
Səfərdə “Səbail”ə 2:0 hesabı ilə qalib gələn “qartallar”ın qələbəsi klub tarixində 70-ci olub. Yubiley qələbəsi 154-cü matçda gerçəkləşib. Bunlardan 42-si Premyer Liqa, 19-u birinci divizion, 7-si Azərbaycan kuboku, 2-si Avropa Liqasında qeydə alınıb.
 
“Bayıl Arena”da əldə olunan nəticə həm də Premyer Liqada 15-ci, ümumilikdə isə 30-cu səfər qələbəsi kimi tarixə düşüb. “Zirə” rəqib meydanlarında 54-ü Premyer Liqada olmaqla 78 qarşılaşmaya çıxıb.
 
“Qartallar” cari mövsümdə Premyer Liqada ilk dəfə səfərdə 3 xal qazanıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31