24 Avqust 2026, Bazar ertəsi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi

Ölkə futbolu

Azərbaycan - Kosovo matçının hakimləri müəyyənləşdi

Millimizin UEFA Millətlər Liqasında sentybarın 7-də Bakıda Kosovoya qarşı keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, görüş norveçli hakimlərə tapşırılıb.

Qarşılaşmanın baş hakimi Ola Hobber Nilsen olacaq. Ona yan xətt hakimləri Tom Harald Qroneviklə Qeyr Oskar İsaksen kömək edəcək. Dördüncü hakim funksiyasını isə Oysteyn Simon Yatterland yerinə yetirəcək. Əlavə hakim köməkçiləri isə Espen Andreas Eskas və Tom Harald Haqen olacaq.

Qeyd edək ki, Ola Hobber Nilsen millimizin baş məşqçisi Qurban Qurbanov və yığmanın bir çox futbolçusuna tanış hakimdir. O, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın “Kukesi” (Albaniya) ilə ilk oyununu (0:0) idarə edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31