22 Avqust 2026, Şənbə
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Tvente"ni məğlub etdi

Ölkə futbolu

Kosovonun millimizlə oyun üçün heyəti açıqlandı

Kosovo millisinin UEFA Millətlər Liqasında Azərbaycan və Farer adaları ilə  oyunlar üçün heyəti açıqlanıb.

Futbolxeber.az-ın Kosovo Futbol Federasiyasının saytına istinadən verdiyi məlumata görə,  baş məşqçi Bernard Şalland 24 futbolçuya dəvət göndərib.

Komandanın ulduz futbolçusu - “Latsio”da çıxış edən yarımmüdafiəçi Valon Berişa zədə səbəbindən milliyə çağırılmayıb.

Qapıçılar: Samir Uykani ("Rizəspor", Türkiyə), Faton Maloku ("Kukesi", Albaniya), Visar Bekay ("Priştina", Kosovo);

Müdafiəçilər: Armi Rrahmani ("Dinamo", Zaqreb, Xorvatiya), Fidan Aliti ("Skenderbeu", Albaniya), Mergim Voyvoda ("Muskron", Belçika), Ardian İsmajli ("Hayduk", Xorvatiya), Kastriot Dermaku ("Kosenza", İtaliya), Leart Paqarada ("Sandhauzen", Almaniya), Benjamin Kololli ("Sürix", İsveçrə), Jetmir Krasniqi ("Luqano", İsveçrə), Arbenit Xhemayli ("Ksamaks", İsveçrə);

Yarımmüdafiəçilər: Hekuran Kryeziu ("Sürix", İsveçrə), Herolind Şala ("Start", Norveç), İdriz Voka ("Lüzern", İsveçrə), Bernard Berişa ("Axmat", Rusiya), Arber Zeneli ("Heerenveen", Hollandiya), Milot Reşiça ("Verder", Almaniya), Edon Zegrova ("Genk", Belçika), Bersant Kelina ("Suonsi", İngiltərə);

Hücumçular: Elbasan Raşani ("Odds", Norveç), Donis Avdiyay ("Villem II", Hollandiya), Vedat Muriqi ("Rizəspor", Türkiyə), Adhe Nuhiu ("Şeffield", İngiltərə).

Qeyd edək ki, Azərbaycan - Kosovo oyunu sentyabrın 7-də, Bakı Olimpiya stadionunda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31