21 Noyabr 2026, Şənbə
U-20 millimiz İraqa qalib gəldi
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
Millimiz FIFA reytinqində irəlilədi

Ölkə futbolu

Rəşad Sadıqov püşkü dəyərləndirdi: “Hər iki oyun çətin olacaq”

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsininin püşkatmasını dəyərləndirib.

Futbolxeber.az saytının klubun "Feysbuk" səhifəsinə istinadən verdiyi məlumata görə, “Olimpiya”nın Sloveniyada ötən mövsümün çempionu olduğunu xatırladan müdafiəçi ehtiyatlı danışıb:

"Çətin iki oyun olacaq. "Olimpiya"nın gücü bəllidir, ölkəsinin çempionudur. Ciddi hazırlaşmalıyıq. Bu tipli qarşılaşmalarda bir səhv həlledici olur. Əlimizdən gələnin maksimumunu etməyə çalışacağıq".

Qeyd edək ki, “Qarabağ” “Olimpiya” ilə ilk oyunu iyulun 11-də səfərdə keçirəcək. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30