24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Finalda sonra insident: “Qarabağ” azarkeşləri döyüldü

Azərbaycan kubokunun finalı çərçivəsində baş tutan "Qarabağ" - "Neftçi" (1:0) oyunundan sonra qalmaqal yaşanıb. "İmarət" Azad Azarkeş qrupunundan Futbolpress.az-a verilən məlumata görə, fan-klub üzvləri və başqa azarkeşlər təltifetmə mərasimi zamanı meydana yaxın oturacaqlar tərəfə irəliləmək istəyərkən polislərlə aralarında insident yaşanıb. Toqquşma zamanı bir çox fanatlar xəsarət alıblar. Onlardan bəziləri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, digərləri isə 1 saylı Şəhər Kliniki xəstəxanasına yerləşdirilib.  Hadisədən sonra "Qarabağ" rəhbərliyi və polis əməkdaşları stadionun video izləmə otağında hadisənin səbəbini araşdırıblar. Nəticədə günahın hüquq-mühafizə qüvvələrində olduğu bəlli olub. Daha sonra klub rəhbərliyi xəsarət alanlara baş çəkib, saxlanılan azarkeşlər sərbəst buraxılıblar.  








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31