Ölkə futbolu
“Heydər Əliyev kuboku”nun açılış mərasimi oldu
Mayın 25-də Naxçıvan Muxtar Respublika Stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə turnirin açılış mərasimi olub. Futbolxeber.az saytının məlumatına görə, açılış mərasimindən öncə turnir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, Heydər Əliyev Muzeyi ilə tanış olublar. Turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsinin və idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edib.
Bildirilib ki, Azərbaycanda idmanın inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkə başçısı tərəfindən Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
Yaradılan müasir idman infrastrukturu respublikamızda beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsinə şərait yaradıb. Qeyd edilib ki, Azərbaycan Respublikasında dövlət qayğısı nəticəsində bır sıra idman növləri üzrə əldə olunmuş yüksək nailiyyətləri nəzərə alaraq, futbola da dövlət qayğısını artırmaq, onun maddi-texniki bazasını inkişaf etdirmək, futbolun elmi-metodiki və normativ hüquqi bazasının yaradılmasını və təkmilləşdirilməsini təmin etmək məqsədilə 2005-ci il oktyabrın 10-da ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Dövlətimizin gənclərə və idmana göstərdiyi diqqət nəticəsində muxtar respublikada yeni idman qurğuları tikilərək gənclərimizin istifadəsinə verilib. Bu gün muxtar respublikada 9 stadion və 20 mini futbol meydançası futbolçuların istifadəsindədir.
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev turnir iştirakçılarına uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək deyib ki, idman həm ölkənin şöhrətini ucaldan, həm də insanların sağlamlığına xidmət edən bir sahədir. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdman sahəsində həyata keçirilən dövlət siyasəti nəticəsində respublikamız mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib.
Bildirilib ki, bu gün muxtar respublikada bütün idman növləri kimi, futbolun da inkişafı diqqət mərkəzində saxlanılır və bu istiqamətdə uğurlu nailiyyətlər əldə olunur. Belə ki, 12 illik fasilədən sonra böyük futbola qayıdan “Araz–Naxçıvan” komandası elə ilk mövsümdən I Divizion tarixində ən çox xal toplamaqla çempionatın qızıl medalını qazanıb.
“Araz–Naxçıvan” komandasının Naxçıvan Muxtar Respublika çempionatında iştirak etdiyini və ardıcıl ikinci dəfədir ki, çempionatın qalibi olduğunu bildirən Azad Cabbarov turnir iştirakçılarına uğurlar arzulayıb.
Açılış mərasiminin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının kollektivinin ifasında konsert proqramı olub. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra turnirin ilk oyununa start verilib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
23.10.2026
22.10.2026
























