4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Ölkə futbolu

Erik Ramos: “Bu, “Neftçi”dəki son oyunum idi”

“Çempionatı altıncı yerdə bitirdik. Kubokun finalında isə uduzduq. Buna görə çox təəssüflənirəm”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Erik Ramos deyib.

Ölkə kubokunun finalında “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları görüş barədə danışan paraqvaylı futbolçu “Neftçi”dən ayrıldığını qeyd edib: “4 ildir ki, buradayam. Artıq karyeranı “Neftçi”də davam etdirməyəcəyəm. Böyük ehtimalla, bu, “Neftçi”dəki son oyunum idi”.

Ramos matçın sonunda qırmızı vərəqə almasına da toxunub: “Buna görə məyus oldum. Sonda əsəblərimi cilovlaya bilmədim. İstəməzdim belə olsun. Özümü daha sakit aparmalıydım”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31