24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Rəşad Sadıqov: “Əsl finala layiq oyun idi”

“Kuboku qazandığımız üçün təəssüratlarım çox xoşdur. Heç çempion olanda bu qədər sevinəmişdim. Çünki çempionat uzun marafondur və çempıonluğu daha əvvəl təmin etmişdik. Rəqiblərlə xasl fərqi çox idi. Final isə yalnız 1 oyundan ibarətdir”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

Ölkə kubokunun finalında “Neftçi”ni 1:0 hesabı ilə üstələyən “Qarabağ” ardıcıl ikinci il “Qızıl dubl”unu rəsmiləşdirib.

Rəşad Sadıqov vurğulayıb ki, həlledici oyunda “Neftçi” də yaxşı mübarizə aparıb: “Meydanda 120 dəqiqə gərgin mübarizə getdi. Əsl finala layiq oyun idi. “Neftçi” təslim olmaq istəmirdi. Aqil Məmmədov möhtəşəmn oynadı. Amma sonda istəyimizə çatdıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31