Ölkə futbolu
“10 aydır günahsız yerə həbsdə yatıram, Şəhid oğluna qoyulan hörmət budur?”
Bu gün Səbail Rayon Məhkəməsində mərhum jurnalist Rasim Əliyevin ölümü ilə bağlı hadisəni gizlətməkdə ittiham olunaraq həbs edilən "Qəbələ"nin sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Futbolxeber.az saytının məhkəmədə iştirak edən əməkdaşının verdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə C.Hüseynov son sözlə çıxış edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib: “Məhkəmənin gedişatı, ortaya qoyulan faktlar da bu məsələdə günahsız olduğumu sübuta yetirdi. Şahidlər də bildirdilər ki, hadisədən xəbər tutduqdan sonra xəstəxanaya gəldiyim zaman polislər artıq orda idi. Bu məsələ ilə bağlı mətbuatda da kifayət qədər məlumat getmişdi. Ona görə də hadisəni gizlətməyimlə bağlı deyilənlər səhvdir. Belə çıxır ki, xəbəri mətbuatda oxuyub, polisə məlumat verməyən hər kəs cinayət məsuliyyətinə cəlb olunmalıdır? Məhkəmədən bəraətimi istəyirəm”.

Cavid Hüseynov artıq 10 aydır günahsız yerə həbsdə olduğunu vurğulayıb: “Heç vaxt atamın şəhid olmasını xüsusi şəkildə qabartmamışam. Çoxları şəhid oğlu olduğumu yalnız bu məsələ ortaya çıxdıqdan sonra öyrəndi. Atam övladlarını bu millətə etibar edərək döyüşə yollandı. Şəhid oldu, bu millət, vətən, torpaq, bayraq uğrunda. Mən də daim Vətənimiz, bayrağımız uğrunda futbolçu kimi mübarizə aparmışam. “Qəbələ”nin Avroliqanın qrupunda oynamasında böyük rolum oldu. Qrup mərhələsinin püşkatması zamanı orada “Qəbələ” və Azərbaycan sözləri yer aldı, mənim adım yox. Aylardır övladlarımın üzünə həsrət qalmışam. 2 övladım nəyə görə əziyyət çəkməlidir? Mən 10 aydır günahsız yerə həbsdə yatıram. Şəhid oğluna, bayrağı qaldıran şəxsə qoyulan hörmət budur? Azərbaycanın, Türkiyənin bayrağını yüksəltmişəm. Məgər düz etməmişəm? Şəhid atamın həyat yoldaşı, bu zalda əyləşən anam bizi çətinliklə böyüdüb. Heç vaxt kimdənsə nəsə istəməyib. Bizə təhsil, düzgün tərbiyə verib. Qohumum Elşən İsmayılov da bildirib ki, mərhum Rasim Əliyevlə söyüş üstündə mübahisə edib. Yəni, nu məsələdə mənlik heç nə yoxdur. 2 nəfərin mübahisənin cəzasını mən çəkməliyəm? 10 ay həbs yatdım, bundan sonra necə olacaq?”

Sonda Cavid Hüseynov mətbuat nümayəndələrinə səslənib: “Bəzi mətbuat orqanlarında bu məsələ obyektiv işıqlandırılmır. Baş verənlər çox geniş müzakirə edildi, məsələ siyasiləşdi. Məhkəmə proseslərində mətbuat nümayəndələri də iştirak etdilər. Hər kəs günahsız olduğumu gördü. Bu məsələdə sifarişçi olduğumu, yaxud hadisəni bilib gizlətməyimlə bağlı deyilənlər sübuta yetirilmədi”.
Cavid Hüseynovun təsirli çıxışı zalda alqışlarla qarşılanıb. Futbolçunun qohumları, dostları ona dəstək olaraq tezliklə azadlığa çıacaqlarına inandıqlarını qeyd ediblər.
Yekuna hakim qeyd edib ki, məhkəmə prosesi başa çatıb. Mayın 31-də son qərar açıqlanacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
23.10.2026
22.10.2026
























