Ölkə futbolu
Roman Qriqorçuk: “Buna görə bütün azarkeşlərimizdən üzr istəyirəm”
"Qəbələ"nin baş məqçisi Roman Qriqorçukun müsahibəsi
- Son dövrlər, "Qəbələ"nin qeyri-sabit çıxışı sanki azarkeşlərdə komandaya qarşı aqressiya yaradıb. Buna necə izah verərdiniz?
- Sualınız mənə "Qəbələ"yə gəlişimin ilk dövrünü xatırlatdı. Həmin vaxt biz üçüncü dövrəyə yaxşı başlaya bilməmişdik. Ardıcıl bir neçə məğlubiyyət almışdıq. Bu da öz növbəsində azarkeşlər tərəfindən mənə və komandaya qarşı bəzi etirazların ortaya çıxmasına səbəb olmuşdu. O zaman biz kollektiv olaraq azarkeşlərimizin iradlarını və etirazlarını dinləmişdik, onlara müəyyən mənada haqq vermişdik. Ardından nəticələrimiz düzəldi və hər şey yoluna düşdü. Azarkeşlər komandanın təəssübkeşləridir, daim komandanın yanında olurlar, ona dəstək verirlər. Onların etirazları, aqressiyaları başadüşüləndir. İnanıram ki, biz öz üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməklə azarkeşlərimizin bizdən tələb etdiklərini onlara verə biləcəyik. Bununla da hər şey yoluna düşəcək. Tərəfdarlarımızı bir az səbrli olmağa çağırıram. Bizim daim onların dəstəyinə ehtiyacımız var.
- "Qarabağ" - "Qəbələ" matçının gedişində bəzi azarkeşlər sizi hədəfə aldılar və "İstefa" şüarı səsləndirdilər...
- Təbii ki, heç bir məşqçi belə bir halla üzləşmək istəməz. Baş verənlər mənə də təsirsiz ötüşmədi, kefimin pozulduğunu deyə bilərəm. Bu azarkeşlərin baxış bucağıdır, qərarıdır və heç kim onlara hansısa fikrin səsləndirilməsində qadağa qoya bilməz. Məsələyə ilk dövrdə olduğu kimi səbrlə, təmkinlə yanaşmalı olduğumuzu bilirəm. Bu halda vəziyyəti normala qaytara biləcəyik. Digər tərəfdən sözügedən yanaşmanın bütün azarkeşlərimizin fikri ilə uzlaşdığına inanmadığımı bildirməliyəm. Düşünürəm ki, bu yalnız bir qrup "Qəbələ" tərəfdarının fikridir.
- Oyunsonrası mətbuat konfransında həmin azarkeşlər barədə səsləndirdiyiniz fikirlər birmənalı qarşılanmadı...
- Mətbuat konfransında əsl azarkeşlərin daim komandanın yanında olduqlarını, onu nəticələrindən asılı olmayaraq dəstəklədiklərini bildirdim. Emosiyalara qapılıb biraz sərt ifadələr də işlətmiş ola bilərəm. Buna görə bütün azarkeşlərimizdən üzr istəyirəm. O fikirləri deməklə bütün azarkeşlərimizi nəzərdə tutmamışdım. Bu sözlər komanda ilə azarkeşlər arasında gərginlik yaradan, ailə atmosferini pozan şəxslərə aiddir. Mənim komandamızın azarkeşləri ilə qarşılıqlı hörmətə söykənən yaxşı münasibətlərim var. Onlarla imkan düşdükcə görüşürəm, fikirlərini, iradlarını dinləyirəm və hər birinə hörmətlə yanaşıram. Qəbələnin veteran futbolçuları və ziyalıları ilə görüşdə də azarkeşlərimizin dəstəyindən söz açmışdım, onların arxamızda olmasıyla fəxr etdiyimizi bildirmişdim. Bir daha xüsusilə vurğulamaq istəyirəm ki, biz futbolu ilk növbədə azarkeşlərimiz üçün oynayırıq.
- Həftə sonu "Qəbələ" doğma meydançada mövsümün son oyununu keçirəcək. Azarkeşlərə sözünüz var?
- Çətin, enişli-yoxuşlu, ilklərlə, "Qəbələ" üçün tarixi uğurlarla zəngin bir mövsümü tamamlamaqdayıq. Uzun bir marafon oldu və bu marafonda tək irəliləmədik. Azarkeşlərimiz də daim yanımızda oldu. Əgər hər hansı bir uğurumuz varsa, bu uğurda tərəfdarlarımızın da böyük payı var. Həftə sonu Qəbələdə mövsümün son ev oyunu baş tutacaq. Mövsümə doğma meydanda "Dinamo" (Tiflis, Gürcüstan) oyunu ilə start vermişdik. Möhtəşəm azarkeş dəstəyi görmüşdük və istədiyimiz nəticəni qazanmışdıq. Güclü ailə olduğumuzu göstərmişdik. Mövsümə eyni emosiyalarla, xoş hisslərlə nöqtə qoymaq əla olardı. Necə deyərlər, gözəl finiş növbəti uğurlu start üçün stimuldur. Biz azarkeşlərimizdən bu stimulu gözləyirik.
Mənbə: azerisport.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- “Sumqayıt”dan ayrılan Saşa İliç bu tanınmış klubu çalışdıracaq
-
13:29
Qran-pri: Cüdoçularımızın ilk rəqibləri bəlli olub
-
13:12
“Araz-Naxçıvan” kapitanı ilə vidalaşdı
-
12:53
“Qəbələ” legioneri ilə müqaviləni uzatdı
-
12:35
Mərakeş - Haiti matçında 6 qol VİDEO
-
12:07
“Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
-
11:46
Rövlan "Araz-Naxçıvan"a keçdi
-
11:28
Mehdi Cənnətov “Səbail”də
-
11:14
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
-
11:00
FİFA yeni dünya çempionatını Azərbaycana həvalə etdi
-
10:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:39
DÇ-2026: İngiltərə millisi rekorda imza atıb
-
10:23
Braziliya Şotlandiyaya şans tanımadı VİDEO
-
10:02
DÇ-2026: 1/16 finalın ilk cütü müəyyənləşdi
-
09:45
İsveçrə Kanadaya qalib gəldi VİDEO
-
18:05
Azərbaycanı Praqada 15 cüdoçu təmsil edəcək
-
17:36
“Neftçi”dən üçüncü transfer
-
17:10
"Fənərbaxça" 18 yaşlı seneqallını transfer etdi
-
16:54
Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib
-
16:21
“Neftçi” Qraviyonla müqavilə imzaladı, növbədə daha iki legioner var
-
15:09
"Zirə"də növbəti ayrılıq
-
14:43
Samuel Lobato: “Arzularımdan biri “Qarabağ”la çempion olmaqdır”
-
14:12
Tahir Abdullayev: “UFC-də çıxış etdiyim üçün çox xoşbəxtəm”
-
13:37
"Araz-Naxçıvan" kolumbiyalı yarımmüdafiəçi transfer etdi
-
12:55
“Öz ölkəmdə Azərbaycan bayrağını yüksəltmək böyük qürurdur”
-
12:26
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
-
12:00
PFL klublara 3 milyona yaxın ödəniş etdi
-
11:44
"Neftçi"dən ayrılıb sabiq klubuna qayıtdı
-
11:18
Qusarda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
-
10:51
İngiltərə Qananın müqavimətini qıra bilmədi VİDEO
-
10:39
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:23
Ronaldo dubl etdi, Portuqaliya qalib gəldi VİDEO
-
10:02
“Şahdağ Qusar”dan növbəti transfer
-
09:47
"Qarabağ" Avstriya toplanışına start verib VİDEO
-
19:02
İspaniya klubunda yeni baş məşqçi
-
18:30
Qattuzonun yeni klubu açıqlandı
-
17:49
"Zirə" Tavareş Vieranı transfer etdi
-
17:14
Murad Məmədov: “Atama dedim ki, vaxt gələcək, belə klublarda oynayacağam”
-
16:26
Ayxan Hüseynov rəsmən “Zirə”də
-
15:57
"Təhlükəsiz idman - hamı üçün" seminarı təşkil ediləcək
-
15:38
Kannavaro: “Portuqaliyaya qarşı mümkün qədər az səhv etməliyik”
-
15:13
“Kəpəz”də yeni baş məşqçi
-
15:00
"Xankəndi" üç futbolçu ilə vidalaşdı
-
14:41
"Turan Tovuz" Ayxan Abbasovun gedişini açıqladı
-
14:22
Eltun Yaqublu "Zirə"yə qayıtdı
-
14:05
“Araz-Naxçıvan” “Real”ın yetirməsini transfer etdi
-
13:49
“Qarabağ” milli üzvünün yolunu gözləyir?
-
13:33
İspaniya millisinin məşqi yarımçıq dayandırıldı
-
13:17
“Zirə”nin rəqibi yenə qələbəyə həsrət qaldı
-
12:56
DÇ-2026 ilə erkən vidalaşan dördüncü komanda
-
12:28
"Gəncə" əcnəbi məşqçi ilə vidalaşdı
25.06.2026
24.06.2026
23.06.2026






















.jpg)
