Ölkə futbolu
“Tovuz mafiyası"nın məqsədi Azərbaycan futbolunu dirçəltmək idi"

Vidadi Əhmədovla sonuncu dəfə ötən ilin fevralında görüşmüşdüm. “Turan”ın 20 illiyi ərəfəsində. Onunla müsahibə “525-ci qəzet”də və bir neçə saytdı dərc olunmuşdu. O vaxt məqsədim əsasən “Turan”ın yaranması, çempion olması ilə bağlı yazı hazırlamaq idi. Vidadi müəllimlə bu dəfəki söhbətimizin mövzusu isə nə qədər ağrılı olsa da, “Turan”ın məhvi ilə əlaqədar idi. Sözün həqiqi mənasında. Çünki, 1-ci dəstəyə yuvarlanan komandanı məhv olmuş hesab eləyirəm. Bəs görəsən, bu komandanın yaranmasında, çempion olmasında əvəzsiz rolu olmuş bu insan hansı hissləri keçirir?
- Əlbəttə təəssüflənirəm. heyf o komandadan. “Turan”ı yaradanda Azərbaycan müharibə vəziyyətində idi. Tovuz da Ermənistanla sərhəddə yerləşdiyindən rayonda hərbi əməliyyatlar gedirdi. Camaat arasında əhval-ruhiyyəni qaldırmaq üçün nəsə eləmək lazım idi. Çünki əhalinin rayondan çıxmaq təhlükəsi vardı. Belə bir vaxtda “Turan”ı yaratmaqla onlara göstərmək istədik ki, rayonda futbol var, həyat davam edir. İnandırım ki, Tovuzun bir qarış torpağının erməniyə verilməməsində bu addımın atılmasının böyük rolu oldu. Həm əhalidə əhval-ruhiyyə yüksəldi, həm də Tovuz futbolunu yenidən dirçəldə bildik.
- “Turan”ı yaratmaqla nə qazanıb, nə itirdiniz?
- Qazancım itirdiyimdən qat-qat çox oldu. Əsas odur ki, qarşıma qoyduğum məqsədimə çatdım. Məqsədim Tovuz futbolunu yenidən dircəltmək, müharibə şəraitində olan əhalini öz doğma yurd-yuvasına bağlamaq, camaatın əhval-ruhiyyəsini yüksəlmək idi. Bunları bacardığıma görə mənəvi cəhətdən rahatlıq tapmışam. Tovuz üçün nəsə bir iş görə bildiyim üçün şadam. İtirdiyim isə pul oldu. Amma zərrə qədər də təəssüflənmirəm. Çünki, xərclənən pulları Allah mənə qismət eləmişdi. Ora xərclənməsəydi, başqa yerdə itirə bilərdim. Bəlkə də, həmin pullar xərclənməsəydi, indi mən həyatda yox idim.
- Amma Sizin qurub-yaratdığınız komanda Premyer Liqanı tərk etdi. Sizcə səbəb nə idi?
- Fikrimcə, “Turan”ın 1-ci dəstəyə düşməsinə səbəb rəhbərliyin işini düzgün qurmaması idi. Bura maliyyə problemlərini və birliyin olmamasını da əlavə eləmək lazımdı.
- Hazırki rəhbərlikdən Namiq Məstanovla vaxtilə bir yerdə çalışmısınız. Münasibətləriniz necədi?
- Münasibətlərimiz normaldı. Bir neçə ay əvvəl görüşmüşdük. Vaxtilə Namiq mənim köməkçim olub, “Turan”da icraçı direktoru vəzifəsində də işləyib.
- “Turan”ın indiki vəziyyətə düşməsinə o da cavabdehlik daşıyır.
- Bu haqda heç nə deyə bilmərəm. Bir işçi kimi ondan narazı qaldığım məqam olmayıb. Bildiyimə görə, “Turan”ın inkişafı üçün bacardığını eləyib.
- Bu yaxınlarda Namiq Məstanov mətbuata açıqlama vermişdi ki, 2002-ci ildən bu yana əvvəlki prezidentlərin dövründən xeyli borc yığılıb qalıb. Necə düşünürsünüz, həmin borclardan sizə aid olanı varmı?
- Vallah mənim nə borcum olasıdı ki? Komandaya o qədər pul xərcləmişəm. Təkcə stadionun və bazanın yenidən qurulmasına milyon dollara yaxın pul sərf olunmuşdu. Başqa xərcləri demirəm. Uzağı elektrik enerjisinə müəyyən qədər borc qala bilərdi. Qaza olan borcdan isə ümumiyyətlə söhbət gedə bilməz. Çünki, həmin vaxt rayonda qaz yox idi.
- Klubun sizdən sonrakı prezidenti Tahir Yusibovla münasibətləriniz yaxşı olub. Komandanı da məhz ona təhvil vermişdiniz. Amma Tahir müəllim də sonradan “Turan”dan imtina etdi.
- Mənim “Turan”dan getməyimə əsas səbəb maliyyə idi. 2003-cü il idi - komandanı əvvəlki kimi saxlamağa gücüm çatmırdı. Rəhmətlik Ramiz Mirzəyevin məsləhəti ilə klubu, stadionu, bazanı Tahir müəllimə təmənnasız təhvil verdim. Məqsədim “Turan”ın yaşaması idi. O vaxt “Turan”ın təsisçisi mən idim. Stadion, baza mənim mülkiyyətimdə idi. Hətta Tahir müəllim o vaxt belə bir söz demişdik ki, əgər komandanı kiməsə versəsi olsa, birinci mənim razılığımı alacaq. Sonradan rayon İcra Hakimiyyəti komandanı götürmək istəyəndə etiraz etmədim. Bildiyimə görə Tahir müəllim də həmin vaxt klubu saxlamaq gücündə deyildi.
- Bayaq dediniz ki, stadionun və bazanın qurulmasına xeyli vəsait xərclənmişdi. Sizin qurduğunuz stadionun qazonu indi süniləşdirilir.
- Nə olmuşdu ki, qazona? Heç vaxt süni örtüklü meydançanın tərəfdarı olmamışam. O vaxt bir nəfər mənə bir kitab vermişdi. Stadionda qazonun necə salınması barədə. Həmin kitabda göstərildiyi kimi etdik. Məsələn, qazonun altından drenaj sistemi quraşdırıldı, meydançaya toxum səpildi, vaxtında qulluq edildi. Yeni meydançanın salınmasına sərf olunan pulu başqa yerə xərcləmək olardı. Ən azından Qaraxanlıdakı stadiona.
- Futboldan uzaqlaşmağınız Ramiz müəllimin dünyasını dəyişməsindən sonra oldu. Yenidən futbol sahəsinə qayıtmaq istəyərdinizmi?
- Düzü, o vaxt Ramiz müəllim AFFA prezidenti seçiləndə məni öz yanına məsləhətçi kimi işləməyə dəvət elədi. Ramiz müəllimin vəfatından sonra yeni prezident seçildi. Mənə kimsə tərəfindən təklif olmadı ki, qalıb işləyim.
- Bəs “Turan”a necə?
- Mümkün deyil. “Turan”a ancaq prezident kimi qayıda bilərəm. Amma bunun üçün yaxşı pulun olması vacibdi. Məndə isə əvvəlki imkan yoxdu. Başqa vəzifəyə isə getmərəm. Tovuzda, Azərbaycanda məni indiyə kimi klub prezidenti kimi tanıyıblar. İstər-istəməz ən hörmətli şəxslərdən biri kimi qəbul olunmuşam. “Turan”ın oyunu həmişə fəxri tribunadan qonaq komandanın prezidenti, rayonun vəzifəli şəxsləri ilə birgə izləmişəm. Özündənrapzılıq olmasın, istəmirəm ki, vaxtilə oturduğum yerdən aşağıda olum.
- “Turan”ın oyunlarına necə, baxırsınız?
- 2007-dən bəri yox. Məhz elə bayaq dediyim səbəbdən. İstəmirəm ki, kimsə stadionun qapısında qarşımı kəsib desin ki, sən kimsən? Komandanın oyunlarını ancaq televizor vasitəsilə izləmişəm.
- Ramiz Mirzəyevin vaxtında bəziləri AFFA-nı “Tovuz mafiyası” adlandırırdılar.
- İki cür mafiya olur - xoşməramlı və pisniyyət. Biz “xoşməramlı mafiya” idik. “Mafiya” əslində pis söz deyil ki. Tərcümədə “ailə” deməkdi. Biz də o vaxt bir ailə kimi fəaliyyət göstərirdik. Hər bir insan, təşkilat məqsədinə çatmaq üçün təbii ki, qarşısına çıxan müxtəlif əngəlləri aradan qaldırmaq istəyəcək. Bu, təbii bir prosesdi. Düzü, kimsə birbaşa üzümüzə “Tovuz mafiyası” ifadəsini işlətməyib. Amma ara-sıra qulağımıza belə sözlər gəlib çatırdı. “Tovuz mafiyası”nın məqsədi Azərbaycan futbolunu dirçəltmək, dünyaya tanıtmaq, uşaq futbolunu inkişaf etdirmək və s. idi. Biz də məqsədimizə çatmaq üçün həmin əngəlləri demokratik yolla, qanunlar çərçivəsində yolumuzdan kənarlaşdırırdıq. Yəqin ki, buna görə bizdən narazı olanlar həmin ifadəni ortaya atmışdılar. Amma Ramiz müəllimin vəfatı ilə əlaqədar işlərimiz yarımçıq qaldı. İndi AFFA-ya Rövnəq Abdullayev başçılıq edir, onun komandasının da məqsədi Azərbaycan futboluna xidmət eləməkdi.
Ümumiyyətlə, hər həs bir işin qulpundan yapışanda qarşısına məqsəd qoyur ki, mən bu amal uğrunda çalışıram. Maraqlı bir faktı qeyd edəcəm. Hələ “Turan”ın prezidenti olarkən, rayonumuzun hörmətli ziyalılarından biri mənə yaxınlaşaraq, dedi ki, “Turan”ı götürməklə sənin məqsədin futbola xidmət etmək yox, öz şəxsi mənafeyini güdməkdi. Ona cavab verdim ki, kimin haqlı olduğunu zaman göstərəcək. Həqiqətən də sonradan sübut eləyə bildim ki, mənim futbola gəlişim özümü deyil, Tovuz camaatını, Tovuz futbolunu düşünmək idi. Səhv eləmirəmsə, Xalq Cəbhəsinin hakimiyyəti dövrü idi. Rayonun o vaxtkı icra başçısı Səməd müəllim mənə dedi ki, komandaya bu qədər pul xərcləyirsən, olmazdımı həmin pulu cəbhəyə verəsən? Dedim ki, Səməd müəllim, birincisi cəbhəyə məndən çox pul xərcləyən birisini göstərə bilərsənmi? İkincisçi isə, futbola xərclənən pullar elə cəbhəyə xərclənmiş kimi idi. Əgər səngərdə oturan əsgər arxa cəbhədə həyatın qaynadığını görürsə, ailəsindən nigaran deyilsə, onda ruh yüksəkliyi yaranır. Yeri gəlmişkən, o vaxt “Turan”la ordu bir vəhdət təşkil edirdi. Tez-tez əsgərlərlə görüşə gedirdik, komandanın onlara oyunun təşkil edirdik. Bütün bunlar rayon camaatı arasında əhval-ruhiyyəni saxlamaq məqsədi daşıyırdı.
- "Turan"ın çempionluğundan 19 il keçir. Necə xatırlayırsınız?
- Həmin mövsüm “Turan” həqiqətən də Azərbaycanda ən güclü komanda idi. Bizdən başqa 4 komanda çempionluq uğrunda mübarizə aparırdı - “Neftçi”, “Xəzər” (Sumqayıt), “Qarabağ” və “Kəpəz”. Bu komandalar ilə öz aramızda keçirdiyimiz oyunlara nəzər yetirsək, kimin həqiqətən güclü olduğunu görərik. Tovuzda keçirdiyimiz bütün oyunlarda, “Bakı fəhləsi”ni çıxmaq şərtilə qalib gəlmişdik. Çoxları o vaxt deyirdi ki, “Turan” pul gücünə çempion olub. Hamısı boş söz-söhbətlər idi. Hansı çempionluq uğrunda yarışan komanda “Turan”a oyun bağışlayardı?
“Turan” həm də 19 il əvvəl Azərbaycanı ilk dəfə Avropada təmsil edib. Məncə bunun özü də fəxr olunası hallardan biridi. Sevinirəm ki, bunların əldə olunmasında mənim də payım var.
- Sizcə, “Turan”ı əvvəlki vəziyyətinə qaytarmaq üçün nə lazımdı?
- Birinci növbədə, yaxşı pul. İmkanlı bir şəxs və ya təşkilat komandanı öz himayəsinə görürərsə və işlərini düzgün qurarsa, az bir müddətdə mənim vaxtımdakı “Turan”ı görə bilərik. Tovuzdan həmişə yaxşı futbolçular çıxıb. İndi də var. Elə yerlilərin hesabına, heç bir legionersiz komandanı yenidən dirçəltmək mümkündü. Tovuzda hamının futboldan anlayışı var. Küçədə adi bir vətəndaşı da saxlayıb futbol barədə sual versəniz görəcəksiniz ki, çox şey bilir.
- Mətbuatda demək olar ki, görsənmirsiniz... Maraqlanmırlar?
- Niyə ki, bir neçə dəfə jurnalistlər əlaqə saxlayıblar, müsahibə götürmək istəyiblər. Razı olmamışam. Bircə dəfə keçən il sizə müsahibə vermişəm. Məni yoldan çıxara bildin (gülür). AFFA-dan istefa verəndən sonra futboldan tamamilə uzaq düşmüşəm. Bü, öz istəyimlə olub. Tamamilə başqa sahədə, öz işlərimlə məşğulam. Mətbuatdan uzaq olmağa çalışıram.
- Köhnə futbolçulardan əlaqə saxlayanlar varmı?
- Hamısı olmasa da, bəziləri arada məni yada salır. Bu yaxınlarda Vəli Hüsenovla görüşmüşəm. “Neftçi”nin məşqçisi Bəxtiyar Musayev də arada əlaqə saxlayır.
Söhbətləşdi: İlqar TAĞIYEV, “Het-trik news”

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- UEFA “Qarabağ”ın “Ferentsvaroş”la oyunlarının vaxtını açıqladı
- Çarls Boli: “Kiprə qələbə üçün yollanacağıq”
- “Zirə” Utziqin gedişindən nə qədər qazanacaq?
- “Şkendiya”nın baş məşqçisi: “Qarabağ”a mütləq hörmətlə yanaşmalıyıq”
- “Ferensvaroş” “Qarabağ”la oyundan öncə uduzdu
- Azərbaycan Premyer Liqasında ilk turun hakim təyinatları açıqlandı
- Abdullah Zubir: “Ona görə də qol vurandan sonra Qurban Qurbanova tərəf qaçmalıyam”
- “Fiorentina”nın oyunu Əliyar Ağayevə tapşırıldı
- Yaşar Seyidov: “Elə problemlər yaradırlar ki, heç şeytanın da ağlına gəlməz”
- “Araz-Naxçıvan”ın “Omoniya” ilə oyunlarının vaxtı bilindi
- Emin Mahmudov etdiyi jestdən danışdı: “Bu, dinlə bağlıdır”
- Samir Abasov: “Neftçi”də ab-hava mükəmməldir”
- “İmişli”, AFFA , Orxan Lökbatanlı və “I əməliyyatı”
- PFL prezidenti mövsümün açılış oyununda
- “Sumqayıt”dan Santuşun iddiasına cavab: “Pasport probleminin bizə heç bir aidiyyəti yoxdur”
-
14:00
Elvin Bədəlov: “Rəqib təhlükə yaratmadan qol vurdu, qəribə, dəhşət bir şeydir”
-
13:41
Ronaldo fərqləndi, Joau Feliks het-trik etdi VİDEO
-
12:56
Sergen Yalçın yenidən “Beşiktaş”da
-
12:33
Superliqanın açılış matçında heç-heçə VİDEO
-
12:19
Ayxan Abbasov U-21-in heyətini açıqladı
-
11:24
"Hamburq" öz meydanında uduzdu VİDEO
-
11:08
Azərbaycan Premyer Liqasında daha 2 oyun
-
11:00
"Araz-Naxçıvan" üçün Çempionlar Liqasında həlledici oyun
-
10:45
Ehtiram Quliyev: “Turan ruhu böyükdür, mən komandaya bu ruhu qaytarmaq istəyirəm”
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
“Milan” mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
09:31
Mehdi Cənnətov: “Pasportum AFFA-dadır, vaxtı da bitməyib”
-
23:33
"Neftçi" 10 nəfərlə uduzdu VİDEO
-
23:12
Samir Abasov: “Bizim əsəblərimizlə oynadılar”
-
22:50
Kurban Berdıyevdən qələbə şərhi
-
22:29
"Sumqayıt" xal itirdi, "Neftçi" "Turan Tovuz"a uduzdu
-
21:45
"Kəpəz" sabiq futbolçusunu geri qaytardı
-
21:34
İliç: "Qələbə seriyamız bitsə də..."
-
21:15
Ayxan Abbasov: “Gənc oyunçularda stabillik həmişə olmur”
-
20:57
"Sumqayıt" qələbəni əldən verdi VİDEO
-
18:21
Boksçularımız Çində dörd medal qazanıblar
-
18:04
Azərbaycan klubunda finlandiyalı baş məşqçi
-
17:46
Turan Bayramov: “Hədəfim dünya çempionu olmaqdır”
-
17:12
Aktürkoğlu rəsmən "Fənərbaxça"da
-
16:53
III MDB Oyunlarında Azərbaycanı 340 idmançı təmsil edəcək
-
16:38
"Təhlükəsiz idman hamı üçün" seminarına yekun vurulub
-
16:25
Prezident İlham Əliyevdən "Qarabağ"la bağlı Sərəncam
-
16:19
Türkiyə millisinin heyəti açıqlandı
-
16:07
"Ayaks"ın kapitanı "Qarabağ"la oyundan danışdı
-
15:52
Azərbaycanda oynamış futbolçu Gürcüstan millisinin məşqçisi oldu
-
14:34
“Araz-Naxçıvan”dan Moldova millisinə
-
13:21
I Liqa klubunda 3 yeni müqavilə
-
12:46
"Çempionlar Liqasında rəqibin kimliyindən asılı olmayaraq, oyunlara məsuliyyətlə yanaşırıq"
-
12:18
“Sumqayıt”dan Santuşun iddiasına cavab: “Pasport probleminin bizə heç bir aidiyyəti yoxdur”
-
11:55
“Fənərbaxça” Joze Mourinyo ilə yollarını ayırdı
-
11:33
“Qarabağ” UEFA reytinqində 12 pillə irəlilədi
-
11:09
Santuş millinin heyətini açıqladı
-
10:47
"Karvan"ın futbolçusu Şri Lanka millisində
-
10:24
Millimizin üzvü üçün avrokubok mövsümü bitdi
-
10:02
"Liverpul"un baş məşqçisi: "Qarabağ"a qarşı oynamaq xoş olacaq"
-
09:51
Qurbanov püşkü dəyərləndirdi
-
09:30
Azərbaycan UEFA reytinqində irəliləyib
-
22:46
"Araz-Naxçıvan" ÇL-də növbəti qələbəsini qazandı
-
21:02
“Qarabağ”ın rəqibləri müəyyənləşdi
-
20:18
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
-
19:24
Cüdo üzrə yeniyetmələr arasında Liqa yarışının III turu start götürüb
-
18:30
Kevin Medina: “Santiaqo Bernabeu”da oynamaq istərdim”
-
17:55
Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatına start verilib
-
17:43
Azərbaycan idmançısı Serbiyada qızıl medal qazanıb
-
17:17
Kadi: “ÇL-in Liqa mərhələsində də uğurlu çıxış etmək istəyirik”
30.08.2025
29.08.2025
28.08.2025













