24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

“Qəbələ” avrokuboklarda yubiley oyununa çıxacaq

Avqustun 27-də UEFA Avropa Liqasının pley-off mərhələsinə yekun vurulacaq. Futbolxeber.az-ın məlumatına görə, cavab oyunları çərçivəsində keçiriləcək qarşılaşmada “Qəbələ” Yunanıstanın “Panatinaikos” klubu ilə görüşəcək. Bakıda keçirilən ilk matçda qolsuz heç-heçə ilə kifayətlənən “qırmızı-qaralar” qrup mərhələsinə vəsiqə uğrunda həlledici matçı səfərdə keçirəcək. Afinada keçiriləcək qarşılaşma “Apostolos Nikolaidis” stadionunda baş tutacaq. Bu matç “Qəbələ”nin avrokuboklarda yubiley - 10-cu oyunu olacaq. Bunadək 9 görüşə çıxan “Qəbələ” bütün oyunlarını UEFA Avropa Liqasında keçirib. Avrokuboklardakı debüt ilində - 2014/15 mövsümündə iki matç keçirən komanda cari mövsüm artıq 7 oyunda iştirak edib. Bu 9 matçda “Qəbələ” 3 qələbə qazanıb, 2 heç-heçə edib və 4 dəfə uduzub. Bu matçlarda komanda 7 qol vurub, 9-nu buraxıb. “Qəbələ”nin qollarını 4 futbolçu vurub. Cavid Hüseynov 3, Sergey Zenyov 2, Aleksey Antonovla Asif Məmmədov hərəyə 1 dəfə fərqlənib. Avrokuboklarda ən çox oyun keçirənlər isə əvvəlki 9 matçın hamısında iştirak edən Dodo və Rafael Santosdur. Lakin sonuncu cəza üzündən Afinadakı qarşılaşmanı buraxacaq.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31