Ölkə futbolu
Olimpiya Stadionunun açılışı oldu
Martın 18-də Bakı Olimpiya Stadionunun açılışı olub. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Bakı Olimpiya Stadionunun təməli 2011-ci il iyunun 6-da qoyulub. Mərasimdə Prezident İlham Əliyev, FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri və futbol veteranları iştirak ediblər. Ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsinin salındığı Bakı Olimpiya Stadionu yüksək keyfiyyətlə inşa olunub və artıq istifadəyə hazırdır.
Dövlətimizin başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsib.
Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Qeyd edilib ki, təxminən 50 hektar ərazidə tikilən stadionun hündürlüyü 62 metrdir və 6 mərtəbədən ibarətdir. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. 68 min tamaşaçı tutumlu stadiona Olimpiya normativlərinə əsasən insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilib.
Sonra Prezident İlham Əliyevə və xanımına Bakı Olimpiya Stadionunun interyerində həyata keçirilən işlərlə bağlı məlumat verilib.
Bildirilib ki, burada işlər artıq başa çatdırılıb. Tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunub. Bakı Olimpiya Stadionunda inşaat işlərinin gedişi ilə dəfələrlə tanış olan, tikintinin keyfiyyətlə həyata keçirilməsini diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq bu nəhəng idman qurğusu müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilir və şəhərimizdə aparılan quruculuq işlərinə bir töhfədir. İlk Avropa Oyunlarına hazırlıq, o cümlədən Bakı Olimpiya Stadionunda inşaat işlərinin gedişi ilə bağlı birinci Avropa Oyunları Təşkilat Komitəsi fəal iş aparır. Komitə tərəfindən təşkilati işlər yüksək səviyyədə həyata keçirilir. İlk Avropa Oyunlarına hazırlıqla bağlı işlərin beynəlxalq standartlara uyğun şəkildə vaxtında və yüksək keyfiyyətlə aparılması birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Avropa Oyunlarının Koordinasiya Komissiyasının müxtəlif vaxtlarda keçirilən iclasları hazırlıq işlərinin yüksək səviyyədə aparılmasında xüsusi önəm daşıyır. İlk Avropa Oyunlarının xaricdə təbliğ olunması işinə də böyük əhəmiyyət verilir. Bununla bağlı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Avropanın bir sıra ölkələrində keçirilən təntənəli tanıtım mərasimlərinin əhəmiyyəti xüsusi önəm daşıyır.
Diqqətə çatdırılıb ki, beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VİP, CIP və media bölmələri inşa olunub. Burada qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Bu stadionda yaradılan şərait təsdiqləyir ki, dünyada idman ölkəsi kimi tanınan, idmana, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycanda bu cür infrastruktur layihələrinin icrası ölkəmizin gücünü göstərir. İlk Avropa Oyunlarına hazırlığın mühüm mərhələsi olan Bakı Olimpiya Stadionunun inşası bir daha bu mötəbər beynəlxalq idman tədbirinin yüksək səviyyədə baş tutacağına əminlik yaradır.
2015-ci ildə Odlar Yurdu Azərbaycandan start götürəcək Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 41-ci sessiyasında qəbul olunub. Ölkəmizin namizədliyi 38 dövlət tərəfindən dəstəklənib. Bu Oyunların Bakıda keçirilməsinə qərar verilməsi təbii ki, ölkəmizin beynəlxalq nüfuzundan, dünyada formalaşdırdığı müsbət imicdən qaynaqlanır. Birinci Avropa Oyunlarının keçirilməsinə az vaxt qalmasına baxmayaraq, Azərbaycanda bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya Stadionunun inşası da bu istiqamətdə görülən tədbirlərdən biridir. Çox qısa müddətdə görülən işlər bir daha təsdiqləyir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizdə yaşanan Olimpiya hərəkatına verilən dəyərin təzahürüdür. Bu hadisə həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi təbii ki, həm də ölkəmizin son illərdə idman sahəsində qazandığı uğurlardan qaynaqlanır. Təsadüfi deyil ki, 22 illik müstəqilliyi dövründə Azərbaycan atletləri olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2 minə qədər medal qazanıblar. 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında isə 49 ölkədən 6 mindən artıq atlet idmanın 20 növü üzrə mübarizə aparacaq. İlk Avropa Oyunları Bakıda 21 məkanda keçiriləcək. İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Bakı Olimpiya Stadionunda yaradılan şərait isə bir daha bu idman tədbirinin yüksək səviyyədə təşkil olunacağına təminat verir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
-
21:14
Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”
-
20:26
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
19:41
“Dinamo” “Ağdaş”ı darmadağın etdi
-
19:08
Cüdoçumuz dünya çempionu oldu!
-
18:57
Millimiz Litvanı tək qolla məğlub etdi
-
18:12
U-17-dən növbəti biabırçı məğlubiyyət
-
17:30
“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi
-
16:45
Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
04.10.2026
03.10.2026
02.10.2026
























