Ölkə futbolu
“Xəzər Lənkəran” Futbol Klubunun tarixi və inkişaf perspektivləri
Lənkəranda futbolun yaranması barədə müxtəlif mənbələrdə fərqli fikirlərlə rastlaşmışam. Kimisi XX əsrin 1-ci yarısını bəziləri isə nə qədər gülməli olsa da, 1975-ci ili göstərirlər. Əslində, bu bölgədə əhalinin futbol haqqında təsəvvürləri hələ XIX əsrin əvvəllərində var idi. Lənkəran çayının sahilində yerləşən “Əlbəxçaton” məhəlləsinin adı məhz futbolla bağlıdır. Bu haqda vaxtilə “Xəzər”in həkimi işləmiş Səməd Səmədzadənin topladığı tarixi materiallara əsasən fikir yürütmək olar. Fikrimcə, Lənkəranda futbolun yenidən “dünyaya gəlməsi” 2004-cü ilə təsadüf edir. Həmin il iş adamı Mübariz Mənsimovun yaratdığı “Xəzər Lənkəran” bölgə futboluna yeni nəfəs gətirdi. Bu gün yerli əhalinin ürəyinin bu klubla döyünməsi, “Xəzər Lənkəran”ın futbolumuza verdiyi xeyir, klub prezidentinin bu yöndə gördüyü işlər hamıya məlumdur. Bu il “Xəzər Lənkəran”ın 10 yaşı tamam olur. Bu müddət ərzində klub xeyli uğurlar qazanıb. Yubiley ərəfəsində Lənkəran futbolunun keçmişi, klubun yaranması və gələcək perspektivləri ilə bağlı material hazırlamaq üçün maraqlı həmsöhbətə ehtiyacım var idi. Əvvəl bu haqda vaxtilə komandada işləmiş bir neçə nəfəri “gözaltı” etsəm də, sonradan Arif Qurbanova müraciət etmək qərarına gəldim. Tanımadınız, deyilmi? İstər klub rəsmiləri, istər keçmiş məşqçi və futbolçular, istərsə də indiki kollektivin nümayəndələri – hamısının “Xəzər Lənkəran” haqqında fikirlərilə mətbuatda dəfələrlə rastlaşmışıq. Sabiqlər kimi indikilərin də “Xəzər Lənkəran”da daimi olmaması mümkündür. Rəhbərlikdən sıravi işçiyə kimi, məşqçidən futbolçuya kimi hər kəsin hər an klubla yolları ayrıla bilər. Amma “Xəzər Lənkəran”ın yanında ola biləcək tək bir ad həmişə var – azarkeş. Hər bir komandanın bəlkə də maliyyədən də çox ehtiyac duyduğu və çox vaxt fikirləri qulaq ardına vurulan insan. Arif dayı da həmin azarkeşlərdən biri, bəlkə də ən sadiqidi. Onunla klubun yaranması, problemləri və çıxış yolları haqqında söhbətim gözlədiyimdən də maraqlı alındı. Savadlı, futboldan anlayışı olan birisini dinləmək insana başqa zövq verir. Qısası, Arif dayı ilə görüşmək üçün əziyyət çəkib Lənkərana getməyə dəyərdi. Arif dayının şəhər avtovağzalında kiçik bir köşkü var, qəzet və xırdavat alveri ilə məşğuldur. Neyləsin, dolanışıq üçün 130 manat təqaüd bəs etmir. Lənkəranda onu yaxşı tanıyırlar. Alver etdiyinə görə yox, “Xəzər Lənkəran”ın ən sadiq azarkeşi olduğuna görə rayon camaatı arasında sevilir. 1951-ci ildə Lənkəranda anadan olan Arif Qurbanov 10 yaşı olanda artıq futbolla düşünülmüş şəkildə maraqlanmağa başlayıb. Əvvəl azarkeş kimi “Xəzər”in oyunlarını izləyən Arif dayı Sumqayıt Politexnik İnstitutunda oxuyarkən sevimli komandası ilə yanaşı “Neftçi”yə də azarkeşlik etməyə başlayıb. Ali təhsilini başa vurduqdan sonra doğma şəhərinə qayıdıb və SSRİ dövründə sevimli komandasının bir ev oyununu belə buraxmayıb.
“FUTBOLÇULARDAN BİRİ MEYDANA QALOŞLA ÇIXMIŞDI”
İmperiya dağıldıqdan sonra əksər komandalar kimi “Xəzər” də çətin günlərini yaşamağa başlayır. 1992-ci ildə ilk milli çempionat təşkil olunanda “Xəzər” yenidən “özünə gəlir” və yüksək dəstədə mübarizə aparmağa başlayır. 2004-cü ilə kimi Lənkəran futbolu maliyyə cəhətdən özünün ən çətin dönəmini yaşayır. Həmin günləri Arif dayı belə xatırlayır: “Səfər oyunlarına getməyə avtobus olmurdu, pul yığıb “Qazel” tuturduq. Yeməyə hərə özü ilə bir şey götürürdü, ya da yoldan kolbasa, çörək, pirojki alırdıq. Hətta elə olurdu ki, futbolçunun meydana çıxmağa butsısı olmurdu. Bir dəfə Ağdaşda futbolçulardan biri meydana qaloşla çıxmışdı. Bir qədər sonra hakim həmin futbolçunun meydandan çıxardı ki, get ayağına düz-əməlli bir şey geyin. Ev oyunlarında isə... Hakimin qonorarını azarkeşlərdən yığırdıq. Hətta elə hal olub ki, hakim pulunun tam verilməməsinə görə ikinci hissə meydana çıxmaqdan imtina edib. Birtəhər yola gətirmişik”. Çətinliklərə baxmayaraq, futbolçularda və azarkeşlərdə olan futbol sevgisi, Lənkərana olan məhəbbət rayonda futbolu yaşayıb, “Xəzər”i məhv olmağa qoymayıb. Deyirlər ki, çətin günün ömrü az olur. 2004-cü ildə Mübariz Mənsimovun komandanı himayəyə götürməsi ilə Lənkəranda futbol həyatı dirçəlməyə başladı. Yeni yaranan “Xəzər Lənkəran” qısa zamanda respublikanın say-seçmə komandalarından birinə çevrildi. Həmin il rayonun icra başçısı Zeynal Nağdəliyev “Xəzər”ə daha çox diqqət ayrılması üçün göstəriş vermişdi və hətta komandaya Vüqar adında yeni prezident də təyin etmişdi. Futbolun içində olan bir adam kimi Arif dayıdan komandaya kimin baş məşqçi gətirilməsini soruşduqda o, həm işlərini yaxşı bildiklərinə, həm də yerli olduqlarına görə Hafiz Əliyev və Fazil Əsədovu məsləhət görüb. Fazil müəllim komandanın baş məşqçisi seçilib. İlk məşqə cəmi 10-12 nəfər futbolçu yığa biliblər. Bir qədər sonra daha da inkişaf etməsi üçün klub Mübariz Mənsimova verilib. Əvvəl klubun sponsorunun “Siemens” olduğu barədə xəbərlər dolaşsa da, sonradan bunun “Palmali” olduğu aydın olub. Müsahibimin sözlərinə görə, həmin vaxt Lənkəranda əsl toy-bayram imiş. “Xəzər Lənkəran”ın yaranması ilə rayonda bir canlanma hiss olunmağa başlayıb. Arif dayı indiyə kimi komandanın başına gətirilən mütəxəssislərdən ən çox Nazim Süleymanovdan razı qaldığını, onun kimi məşqçi görmədiyini söyləyir. Süleymanovla şəxsi tanışlığının olmadığını deyən həmsöhbətim onun komanda üçün çox fayda verdiyini, Lənkərana gələndən sonra xeyli işlər gördüyünü deyir. “Xəzər Lənkəran”ın Tovuza “Turan”la ilk rəsmi matçını hələ də xatırlayan sadiq azarkeş ilk zəfəri də yaddan çıxarmayıb. Çempionluq elan edildikdən və qazanılan kuboklardan sonra Lənkəranda baş verənlərdən ağızdolusu danışan Arif dayı həmin günlərdən ötrü çox darıxıb: “Şəhər az qala “dağılırdı”. Camaat küçələrdə idi. Fişəng atan kim, toy-bayram edən kim, siqnal verən kim... O günlərdən sarı çox darıxmışıq”.
“Xəzər Lənkəran”ın yaranması ilə təkcə futbolun inkişafına deyil, bölgənin iqtisadiyyatına da böyük təkan verdi. Yeni iş yerlərinin açılmasına, yerli camaatda həyata baxışın dəyişməsinə səbəb oldu. Buna kimi əhalinin əksər hissəsi bildi-bilmədi siyasətə “girişmişdi”, caamatda elə bil bir sönüklük var idi. Komanda yaradandan sonra isə onlar gələcəyə daha ümidlə baxmağa başladılar. Artıq hamının ortaq bir sevgisi, məşğuliyyəti var idi. Bu gün xeyli insan Mübariz Mənsimovun yaratdığı şirkətlərdə çalışır. Elə klubun özündə də çox sayda lənkəranlı işləyir, ailəsini dolandırır. Bunlar hamısı Arif dayının fikirləridir. Həmsöhbətim zarafatla sadalanan müsbət hallarla yanaşı “Xəzər Lənkəran”ın insanlara ziyanının da dəydiyini söyləyir: “Azarkeşlərimizin çılğın olması hamıya məlumdur. Məğlubiyyəti həzm edə bilmirik. Bü üzdən komanda yaranandan bu yana Lənkəranda əsəb, şəkər və digər xəstəliklərə mübtəla olanların sayı çoxalıb. Komandanın oyununu 15 min azarkeş izləyir. Təsəvvür edin, məğlubiyyətdən sonra 15 min evdə qanqaraçılıq, dava-dalaş olur”.
“ONLARIN TAYI DEYİLƏM”
Arif dayı “Xəzər Lənkəran”ın inkişaf etməsi üçün birinci növbədə uşaq futboluna diqqət ayrılmasının vacibliyini deyir. Son zamanlar bu sahədə irəliləyişlərin olduğunu bildirən həmsöhbətim bir neçə il əvvələ kimi uşaq futbolunun bərbad vəziyyətindən ürək ağrısı ilə danışır. Uşaqlara savadsız məşq keçilməsi, onların “yüklənməsi”, bu üzdən uşaqlarda vaxtından əvvəl zədələnmələr, fiziki inkişaflarında problemlərin yaranması onu narazı salan məqamlardandır: “Niyə başqa dövlətlərdə səviyyəli futbolçular yetişir, amma bizdə yox? Onların da iki ayağı, iki gözü var, bizimkilərdə də. Ona görə ki, uşaqlarla iş düzgün aparılmır”. Arif dayıdan “Xəzər Lənkəran”ın çətin vəziyyətdən necə çıxa biləcəyini haqda soruşdum. Bir qədər gileyləndi: “İndi söyləyəcəyim fikirlər ola bilsin klub rəhbərliyini qane etməsin. Axı, onların tayı deyiləm. Rəhbərlikdə oturanlar ağıllı, bacarıqlı insanlardı, təəssüf ki, mənim sözüm onlar üçün önəmli olmaya bilər. Yenə də fikrimi bildirəcəm. Bəlkə... “Xəzər Lənkəran”ın elə bir sponsoru var ki, onun kimi vətənini sevən az insan tapa bilərsən. Mübariz müəllim pulunu Vətən yolunda, futbolun inkişafı naminə xərcləməyi bacaran, heç bir maddi gəlir güdməyən birisidir. Bu gün klubun hər şey var – stadionu, bazası, əsas da azarkeş ordusu. Amma nəticə yoxdur. Əcnəbilərə çox önəm verilir. Lənkərana gələn xarici məşqçilərə hər şərait yaradılır. Hətta velosipedinə kimi alırlar. Amma heç birinə Azərbaycan sevgisi vermək mümkün deyil. Onlar bura futbolu inkişaf etdirmək yox, pul qazanmaq üçün gəlirlər”. Hazırkı baş məşqçisi Mustafa Dənizlidən də narazı qalan sadiq azarkeş onun komanda üçün heç bir fayda vermədiyi fikrindədir: “Lənkəranlı azarkeşlər Dənizlidən narazıdılar, onun gəlişi “Xəzər Lənkəran”a heç bir xeyir verməyib. Ona filan qədər pul verirlər. Həmin pulla bilirsiniz klub üçün nə qədər əlavə iş görmük olar? Azından bir neçə yardımçı stadion inşa etmək mümkündü. İndi özümüzünkülərlə də keçinmək olar. Bura futbolçuları da əlavə etmək lazımdır. Əgər komandaya gələn legioner yerli futbolçudan üstün deyilsə, onun burada nə işi var? Braziliyadan gətirilən legionerlərin nəyi Kamran Abdullazadədən, Ağabala Ramazanovdan artıqdır? Ay Mustafa hoca, onlara niyə şans vermirsən? Niyə əvəzedicilərin heyətində gün keçirirlər? Elələrini, digər gəncləri oynatmaq lazımdır ki, gələcəkdə xeyrini görək. “Makkabi”yə məğlub olandan sonra Con Toşak yaxşı bir söz demişdi: “Bilsəydim, belə biabırçı şəkildə məğlub olacağıq, yerli uşaqları oynadardım. Onlar komandaya legionerlərdən daha çox can yandırardılar”. Kişi düz deyirdi, gəlmələr heç vaxt yerlilər qədər komandaya can yandırmaz”.
“AĞIR TƏYYARƏNIN ENİŞİ DƏ AĞIR OLUR”
Söhbət əsnasında Arif dayı dönə-dönə komandaya yerli məşqçinin gətirilməsinin vacibliyindən danışdı. Onun fikrincə, hazırda “Xəzər Lənkəran” Avropa səviyyəsində bir komanda deyil ki, bura Avropa səviyyəli məşqçi gətirilsin. Nə vaxt həmin səviyyəyə çatarlar, onda da Avropa futbolunu bilən məşqçi, futbolçu dəvət edərlər: “Bizə ancaq “Xəzər Lənkəran”ın uğurları lazımdır. Lənkəran futbolunun öz xüsusiyyətləri var. Gələn məşqçilər buna fikir vermirlər, komandaya təyin olunan kimi primitiv formada öz bildiklərini eləməyə başlayırlar. Ona görə də əksəriyyəti uğur qazanmır. Burada fərqli insanlar yaşayırlar. Lənkəranda mentalitet, azarkeşlərin xarakterləri, istəkləri başqadı. Qisası, gələn məşqçi birinci növbədə yerli mühitə yaxşı bələd olmalıdır. Bu mənada əcnəbilərin uğur qazanması çətin olur”. “Xəzər Lənkəran”ın gələcəyinə nikbin baxan azarkeş sevimli komandasının yenə də tezliklə uğur qazanağacına, 20 illik yubileyində artıq Avropada tanınmış komandalardan biri olacağına inanır. Arif dayı bu haqda fikrini maraqlı müqayisə ilə yekunlaşdırdı: “Düzdür, bu gün komandanın vəziyyəti ürəkaçan deyil. Hər bir klubda yüksəliklə yanaşı, tənəzzülün də olduğu vaxtlar var. Ağır təyyarənin enişi də ağır olur. İndi həmin təyyarə kimi bizim də enən vaxtımızdı. Amma yenə də yüksələcəyik. Sürət yığanda isə, qarşımizda duran tapılmaycaq”.
Nə deyirəm Arif dayı, təki siz deyən olsun! “Xəzər Lənkəran”ın yenidən toparlanması ümidilə...
İlqar TAĞIYEV, “Het-trik news” qəzetinin baş redaktoru
Bakı-Lənkəran-Bakı
Yazı İdman Araşdırmalar Mərkəzinin “Xəzər Lənkəran” Futbol Klubunun 10 illik yubileyi münasibətilə elan etdiyi müsabiqəyə təqdim etmək üçündür.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- II turun hakim təyinatları açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
-
01:23
Kriştianu Ronaldo 978-ci qolunu vurdu
-
00:56
Nəriman Axundzadənin komandası lideri büdrətdi
-
21:34
Denzel Jubitana “Neftçi”də
-
18:21
“Xankəndi” onu da heyətinə qatdı
-
17:57
“Şahdağ Qusar” fransız hücumçu transfer etdi
-
17:15
"İmişli" legioner transferinə doymur
-
16:43
“Trabzonspor”un Konfrans Liqasındakı rəqibləri məlum olub
-
16:08
Avropa Liqası: "Beşiktaş"ın rəqibləri müəyyənləşdi
-
15:36
Azərbaycan oxatanları Belarusda iki medal qazanıblar
-
14:52
"Böyük Dəbilqə": Cüdoçularımız ilk günü medalsız başa vurublar
-
14:29
III turun hakim təyinatları açıqlandı
-
14:10
Bense Varkonyi: “Məğlubiyyət üzücüdür...”
-
13:34
Taekvondo üzrə gənclər arasında "Koreya Səfiri Kuboku" keçiriləcək
-
13:01
Xüsusi Olimpiya Komitəsinin idmançıları beynəlxalq turnirlərdə iştirak edəcəklər
-
12:47
"Qarabağ"ın "Xaric segah"ı...
-
12:15
Fatih Tekke istefa verdi, rəhbərlik qəbul etmədi
-
11:53
Litva səfirindən "Qarabağ"a dəstək
-
11:28
UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib
-
11:00
“Sumqayıt”ın ənənəvi Yay Futbol Düşərgəsinə start verilib FOTOLENT
-
10:46
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:32
"Neftçi" Zirə səfərinə hazırlaşır FOTOLENT
-
10:19
"Riad Rəfiyevi xüsusi qeyd etmək istərdim, o, məni tapdı və Azərbaycana gətirdi”
-
09:54
Tahir Gözel: “Səhvlərimizdən dərs alacağıq”
-
09:41
"Qarabağ"ın məğlubiyyəti VİDEO
-
00:37
Mahir Emrelinin qolu “Rakuv”a bəs etmədi
-
00:25
“Tvente”nin baş məşqçisi: “Qarabağ”ı çox yaxşı təhlil etmişdik”
-
00:03
Qurban Qurbanov: “Artıq itirəcək heç nəyimiz yoxdur”
-
22:49
"Qarabağ" "Tvente"yə məğlub oldu
-
22:00
“Qarabağ”dan ardıcıl iki transfer
-
21:11
ÇL: "Sabah"ın rəqibləri müəyyənləşdi
-
19:56
“Qarabağ” - “Tvente” matçı gec başlayacaq
-
19:45
“Karvan-Yevlax”dan növbəti transfer
-
19:07
Millimizin qapıçısısı Türkiyə klubunda
-
18:38
"Gəncə"dən iki yeni transfer
-
17:43
“Qarabağ”ın sabiq futbolçusu I Liqa klubunda
-
17:29
"Beşiktaş"da yeni hücumçu
-
16:54
Millimizin üzvü klubu ilə müqavilə müddətini uzadıb
-
16:12
Avropa birinciliyində 15 medal qazanan atletlər Vətənə qayıdıblar
-
16:00
“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək
-
15:41
Prezident İlham Əliyev “Sabah” klubuna 5 milyon manat ayırdı
-
14:26
"Fənərbaxça"nın qapıçısı "Barselona"da
-
13:57
"Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
-
13:05
Azərbaycan stolüstü tennisçiləri "Euro Mini Champs" turnirində iştirak edəcəklər
-
12:38
"Qarabağ" - "Tvente" oyunundan əvvəl fan zona təşkil olunacaq
-
11:23
Azərbaycan "Böyük Dəbilqə"də 14 cüdoçu ilə təmsil olunacaq
-
10:49
Mbappenin het-triki "Real"a qələbə qazandırdı VİDEO
-
10:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Fənərbaxça" 18 ildən sonra ÇL-in əsas mərhələsində VİDEO
-
18:43
“Bütün diqqətimiz “Qarabağ”a qarşı oyundadır”
-
18:29
“Tvente”nin baş məşqçisi: “Sabah bizim son şansımızdır”
29.08.2026
28.08.2026
27.08.2026
26.08.2026
























