1 Oktyabr 2026, Cümə axşamı
Canninin gəlişindən sıxılan canlar
U-21 millimiz Şotlandiyaya qarşı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Ölkə futbolu

Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi

2026/2027 mövsümündə Peşəkar Futbol Liqasının bayrağı altında keçiriləcək liqalarda istifadə olunacaq toplar müəyyənləşib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və Əvəzedicilər liqasında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin istehsal etdiyi “Trionda” toplarından yararlanacaqlar.

“Trionda” 2026-cı il dünya çempionatı üçün hazırlanmış müasir futbol topudur. Bu toplar xüsusi teksturalı səthə malikdirlər və bu, topun uçuş sabitliyini, fırlanmasını və nəm şəraitdə tutuşunu yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Peşəkar Futbol Liqası ilə “Adidas” şirkəti arasında mövcud olan müqaviləyə əsasən, yüksək keyfiyyətə malik “Trionda” topları güzəştli şərtlər ilə əldə ediləcək.

I Liqa oyunları 2025/26 mövsümündə olduğu kimi, “Fussballiebe” toplarından istifadə olunmaqla keçiriləcək. II Liqa komandalarının ixtiyarında ənənəvi olaraq “Adidas Tiro Pro” topları olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31