12 Oktyabr 2026, Bazar ertəsi
"Qarabağ"da gözlənilməz ayrılıq
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi

Xarici futbol

PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı

PSJ 18 yaşlı hücumameyilli yarımmüdafiəçi Adam Ayari ilə ilk peşəkar müqavilə imzalayıb.

Futbolxeber.az saytının məlumatına görə, klubun yetirməsi olan futbolçu ilə 2029-cu ilin iyununa qədər nəzərdə tutulan müqavilə bağlanıb.

Ayari 6 yaşından PSJ-nin akademiyasındadır. O, ötən mövsüm U-19 komandasında keçirdiyi 20 oyunda 7 qol vurub, 6 məhsuldar ötürmə verib və komandası ilə ardıcıl ikinci dəfə Fransa gənclər çempionluğunu qazanıb.

18 yaşlı yarımmüdafiəçi, həmçinin PSJ-yə 35 ildən sonra ilk dəfə Qambardella Kubokunu qazanmağa kömək edib. O, turnirin 6 matçında 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Ayari UEFA Gənclər Liqasında isə 5 dəfə fərqlənib.

Qeyd edək ki, Adam Ayari Fransanın aşağı yaş qrupları üzrə milli komandalarında ümumilikdə 18 oyuna çıxıb və 3 qol vurub. Hazırda o, Fransanın U-19 millisinin üzvüdür.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31