23 Noyabr 2026, Bazar ertəsi
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”
U-20 millimiz İraqa qalib gəldi

Xarici futbol

"Fənərbaxça"nın futbolçusu azadlıqda

“Fənərbaxça”nın oyun alqı-satqısı şübhəsi ilə saxlanılan futboçusu Mert Hakan Yandaş azadlığa çıxıb.

Futbolxeber.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 31 yaşlı yarımmüdafiəçi bu gün məhkəmədən sonra azadlığa buraxılıb.

Türkiyə millisinin üzvü  müdafiəsində bildirib ki, ona qarşı irəli sürülən ittihamları qəbul etmir: “Mən nə mərc etmişəm, nə də başqasının mərc etməsinə icazə vermişəm. Mən heç bir mərc saytının üzvü deyiləm. Bilməyinizi istəyirəm ki, mən "Fənərbaxça"nı çox sevirəm və heç vaxt kluba zərər vermərəm. Vergi rekordçusu olan biri bir neçə min lirəyə matç satar?”

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan “Futbol mərc oyunları araşdırması” çərçivəsində Mert Hakan Yandaş mərc etdiyi iddiası ilə ötən ilin dekabrında həbs edilmişdi.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30