7 Oktyabr 2026, Çərşənbə
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi

Xarici futbol

“Lids” 25 il əvvəlki nəticəsini təkrarladı

İngiltərə Premyer Liqasının 20-ci turunda öz meydanında “Mançester Yunayted”i qəbul edən “Lids” heç-heçəyə imza atıb - 1:1.

Futbolxeber.az saytının məlumatına görə, bununla da Lids təmsilçisinin məğlubiyyətsiz oyunlar seriyası 7-yə çatıb.

Buna qədər “Liverpul” (3:3 və 0:0), “Brentford” (1:1), “Sanderlend”lə (1:1) xalları yarı bölən “Lids”, eyni zamanda “Çelsi" (3:1) və “Kristal Pelas”a (4:1) da qalib gəlib. Komanda sonuncu dəfə 2025-ci il noyabrın 29-da “Mançester Siti”yə 2:3 hesabı ilə uduzub.

Ardıcıl 7 oyunda uduzmayan “Lids” tarixi ərzində ən uzun məğlubiyyətsizlik seriyasını təkrarlayıb. Komanda ilk dəfə 2001-ci ildə Premyer Liqada ardıcıl 7 tur uduzmamışdı.

Qeyd edək ki, hazırda “Lids” 22 xalla turnir cədvəlində 16-cı yeri tutur. Komanda növbəti matçının yanvarın 7-də səfərdə “Nyukasl”a qarşı keçirəcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31