1 Iyun 2026, Bazar ertəsi
"Zirə" 5 futbolçu ilə vidalaşdı
Millimiz Fransaya da qalib gəldi
Azər Bağırov "Kəpəz"dən getdi
ÇL-də final: PSJ, yoxsa “Arsenal”?

Xarici futbol

"Bodo Qlimt" - "Qarabağ" oyunundan öncə 1 dəqiqəlik sükut

UEFA-nın himayəsi altında keçiriləcək qarşıdakı oyunlar İspaniyada daşqın qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start götürəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, UEFA-nın bəyanatında deyilir: "Bu həftə UEFA-nın klub yarışlarında bütün oyunlar Valensiyada ölümcül daşqın qurbanlarının, regionda və ondan kənarda zərər çəkənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq".
 
Qeyd edək ki, İspaniyada daşqın səbəbindən bəzi rayonlarda yolları su basıb, evlərə və avtomobillərə ziyan dəyib, 100-dən çox insan həyatını itirib. Ölkədəki vəziyyətlə əlaqədar bir neçə dəfə İspaniya kubokunun oyunları təxirə salınıb.
 
Xatırladaq ki, Azərbaycan klubu "Qarabağ" da bu həftə avrokubok matçına çıxacaq. Ağdam təmsilçisi Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda səfərdə "Bodo Qlimt"lə (Norveç) qarşılaşacaq. Noyabrın 7-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30