2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Xarici futbol

O, “Barselona”ya gəlsə, Fati gedəcək

Ansu Fati yayda “Barselona”dan ayrıla bilər.

Futbolxeber.az saytının məlumatına görə, bu iddia ilə tanınmış jurnalist Fabritsio Romano çıxış edib. O bildirib ki, Kataloniya klubu yayda Yannik Karraskonu heyətində qatsa, Fati klubdan ayrılacaq.

Qış fasiləsində Memfis Depay “Barselona”nı “Atletiko”ya dəyişdi. 2 klub arasındakı razılaşmaya əsasən, Kataloniya klubu yayda Yannik Karraskonu heyətinə qata bilər. Bu keçid baş tutacağı halda, Fati “Barsa”dan ayrılacaq.

Bir müddət əvvəl “Bavariya” vingerlə yaxından maraqlanırdı. Lakin onun “Mançester Yunayted”ə keçmək ehtimalı da yüksəkdir. Çünki Mançester klubunun futbolçunun meneceri ilə münasibətləri əladır.

Bu mövsüm Fati “Barselona”nın heyətində bütün turnirlər nəzərə alınmaqla 30 oyuna çıxıb, 6 qol vurub. La Liqada isə o, 19 görüşdən yalnız 7-də start heyətində yer alıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31