15 May 2026, Cümə
XXXII turun hakim təyinatları
"Neftçi"nin şikayəti təmin edilmədi
Valdas Dambrauskasdan qələbə şərhi
Sadıqov: “Futbolçularımla fəxr edirəm”

Xarici futbol

Prosineçki: "Ağlamaq fayda verməyəcək" -

"Kayserispor”un baş məşqçisi Robert Prosineçki komandasının Türkiyə superliqasını tərk etməsinin səbəblərini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, "Trabzonspor"a dünənki məğlubiyyətdən sonra Kayseri təmsilçisi yarışı 17-ci yerdə başa vurub və yüksək liqa ilə vidalaşıb.

Matçdan sonra keçirilən mətbuat konfransında millimizin sabiq baş məşqçisi hakimləri günahlandırıb:

“Belə bir dramatik oyundan sonra danışmaq asan deyil. Təxminən 7.5 ay liqada qalmaq üçün inanılmaz dərəcədə çalışdıq. Superliqanı tərk edəcək deyilən komandayla sonadək mübarizə apardıq, son dəqiqədə superliqanı tərk etdik, şansımız gətirmədi. Çox qol fürsətlərini qaçırdıq. Həqiqətən söyləmək üçün söz tapa bilmirəm. Mən indiyə qədər VAR və hakimlər haqqında heç nə danışmamışam, hamı səhvlər haqda fikir bildirir. Komandamız, şəhər superliqadan düşməyə layiq deyildi. Çox məyusam, ancaq ağlayıb, sızlamaq fayda verməyəcək”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31