3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Xarici futbol

Qattuzo: “İnter”lə oyun bizim üçün dünya çempionatının finalıdır”

“Milan”ın baş məşqçisi Cennaro Qattuzo İtaliya kubokunun 1/4 final mərhələsində “İnter”ə qarşı keçirəcəkləri oyundan danışıb.

Futbolxeber.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, o, komandasının derbidən qalib ayrılmalı olduğunu bildirib:

“Biz bu görüşdə qələbə qazanmalıyıq. Görüşə çox ciddi hazırlaşırıq. Bizi gərgin, amansız mübarizə gözləyir.

Bu oyun bizim üçün dünya çempionatının finalıdır. Derbidə qələbə qazanmaqla mövsümün gedişatını özümüz üçün dəyişə bilərik.

Bütün oyunçilar artırmalıdırlar. Matç ərzində xeyli qol epizodu yaxalasaq da, son anda dəqiqlik çatışmır. Bu problemi qısa zamanda yoluna qoymalıyıq”.

Qeyd edək ki, Milan derbisi bu gecə Bakı vaxtı ilə 23:45-də start götürəcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31