Xarici futbol
Ölsəm, məni bu kişinin yanında basdırarsız (Qocaya məktub)
Qoca, darıxmışıq, vallah. Həm darıxmışıq, həm də bezmişik. Yox, MY-dən əsla.. Daha sənin oynatdığın futbolu görməyəcəyimizlə bağlı acı gerçəyin hər oyun daha çox qapımızın torunu silkələməsindən bezmişik.
Çeynədiyin saqqızın dişlərinlə sevişdiyi günlər girir hərdən yuxuma. Adam adətən ən gec ayılmaq istədiyi yuxulardan çox tez oyanır. Məndə də elə olur. Görürəm ki, sevgilin “Old Trafford” yenə qucağını açıb sənə. Üzündə yenə MY üçün qurban verdiyin illərin qoyduğu izlər – qırışların arasından milyonları xoşbəxt edən SAF gülüşün gün kimi çıxır. Qalarmı “Dumanlı Albion”un səmasında bircə dənə də olsun bulud bu gülümsəmədən sonra? Qırışlar demişkən, indi anlayıram, sən o qırışlarla doğmalaşırdın ki, biz qələbələrə görə gecələri xoşbəxt, rahat yataq. Bir də gəlməz səndən.
Dumanın İngiltərəyə yaraşdığı qədər gözəl yaraşırdın “Old Trafford”a, qoca. Tez getdin, vallah. O gün getdiyin üçün demirəm bunu. Sən onsuz da nə vaxt getsən bizim üçün tez getmiş olacaqdın. O gün “Qal” sözünün, “Getmə”nin nə anlama gəldiyini dərk etdiyim gün idi. Sən demə, əsrlərdi yazılan sevgi romanlarında aşiqlərin, sevgililərin bir-birinə deməsi üçün yox, o gün sən “Old Trafford”u tərk etməyəsən deyə icad olunub həmin sözlər, bütün dillərdə. Meydanın kənarındakı varlığın, elə təkcə duruşun bəs edirdi minlərlə azarkeşin evində, futbolçuların isə meydanda özlərini güvəndə hiss etmələri üçün.
Qoca, fəxr edirik səninlə. Olmasaydın, neylərdik? Olmasaydın, bu qədər olmazdıq. Olmasaydın, qırmızı ordu nə qədər sərkərdəsini itirərdi. Oynatdığın oyun bir neçə nəslin futbol beşiyinə çevrildi, “Arzuların teatr”ında şəninə oxunan laylalara böyüdük, qoca.
Sən qayıt, söz verirəm, istidən buğ tutmuş eynəyinin şüşələrini özüm silərəm, saqqızlarını da qaçıb, alaram sənin üçün, həmişə geyindiyin tünd rəngli paltoda bir ləkə görsən, rəqiblər üçün etdiyin kimi əllərini yumruğa çevirib, dişlərini qıcaya da bilərsən mənə, problem yoxdu. Təki sən qayıt, qoca. Başımızın üstünü elə buludlar alıb ki, saçına yağan qarlardan yağacaq “Arzuların teatr”ına, hiss edirəm.
26 il.. Bir gün belə aldatmadın MY-ni, o da sənə sadiq idi. Hələ də səni unutmayıb. Saxta aşiqlər bürüyüb ətrafını. Hərdən sən də gəlib şahid olursan. O ehtiyat oyunçular skamyasına, o kresloya, MY-yə heç kəs sənin qədər yaraşmayacaq daha qoca. Ancaq bunu bilə-bilə yenə də oyunlar zamanı kameralar səni çəkəndə, ekranda adamın ruhuna dinclik gətirən gülüşün peyda olur. Sanki ayrıldığın sevgilin xoşbəxt olsun deyə “yaraşırsız” deməyə çalışırsan. Ancaq eynəyin altından gözlərin səni ələ verir, qoca. Nə sən MY-ni, nə MY səni, nə də dünya sizin sevgi hekayənizi unutmayıb, unutmayacaq da.
“Qapı və aut xəttlərindən kənarda heç nə yoxdur” cümləsi üzərinə həyat fəlsəfəsini quran birinə meydanın kənarında da həyatın var olduğuna dair sübutsan. İstisnasan. “Fergie time” fenomeni sayəsində xoşbəxtliyin müddətini bizim üçün bir-iki dəqiqə daha artıq edən sehrbazsan. Dəqiqələr doxsanı keçən kimi baxışlarını ayıra bilmədiyin sol qolundakı saatın əqrəblərində asılı qaldı bütün uşaqlıq xatirələrimiz. Saqqızının şirinliyi ilə birlikdə yox oldu xəyallarımız.
Dekabrın 31-i hamı (ya da çoxu) yeni ili qarşılayır, köhnə ili yola salır. Sən “Old Trafford”u tərk etdiyin gündən sonra hər 31 dekabrda yazdıqlarımı yenə yazacam. Yeni il gəlir, köhnə il dəyişir, bunlar hamısı hekayədi. Köhnə, yeni nə varsa hamısı sənsən, qoca. Yaxşı ki varsan. Sənə ömrümün sonuna qədər minnətdar olacam.
Bir gün səni unutsam, bil ki, ölmüşəm. Və əgər ölmüşəmsə, ruhum sənin yanındadı, “Old Trafford”da...
Elzamin HACIYEV
P.S. Ser Aleks Ferqyussonun ad günü üçün (31 dekabr) yazacaqdım, ancaq dünən gecə çox adam ən azı xəyalən qocanın şəklini qucaqlayıb yatıb. Bu yazı həm də onlara gəlsin.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
09:31
“Zirə”nin müdafiəçisi sona kimi ehtiyatda qaldı
-
09:17
Arda Gülər 2031-ci ilə kimi “Real”da
-
09:00
Yankoviç yenidən ermənilərə qarşı oynadı
-
20:35
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna bilet satışı davam edir
-
19:51
AMADA "Zirə"nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib
-
18:47
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib FOTOLENT
-
18:12
Azərbaycan klubunda yeni məşqçi təyinatı
-
17:29
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
-
17:00
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
-
16:46
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb
-
16:18
Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
-
15:54
DÇ: Cüdoçularımız günü medalsız başa vurdular
-
15:37
İnfantino Monqolustanda: Ölkə prezidenti ilə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
15:01
Bakıda keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri davam edir
-
14:45
“Sumqayıt”ın üzvləri ekoloji layihədə iştirak ediblər FOTOLENT
-
14:23
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
-
13:59
Azərbaycanlı hakimə UEFA-dan təyinat
-
13:32
Ukrayna klubunun baş məşqçisi: “Renat Dadaşov əsl hücumçudur”
-
13:16
İrina Zaretska Avstriyada qızıl medal qazanıb
-
13:00
Maqsud Fərzullayev: "Formula 1"dən sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq"
-
12:28
Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı
-
12:04
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
-
11:47
Anastasiya Abramovanı “Tümen”i “Gəncə”yə dəyişdi
-
11:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
-
10:29
Mahir Məmmədov FIDE prezidenti ilə görüşüb
-
10:13
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
09:52
Edqar U-21 yığmasına qoşuldu
-
09:30
Dünya çempionatı: Daha dörd cüdoçusu mübarizəyə başlayır
-
21:14
Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”
-
20:26
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
19:41
“Dinamo” “Ağdaş”ı darmadağın etdi
-
19:08
Cüdoçumuz dünya çempionu oldu!
-
18:57
Millimiz Litvanı tək qolla məğlub etdi
-
18:12
U-17-dən növbəti biabırçı məğlubiyyət
-
17:30
“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi
-
16:45
Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
06.10.2026
05.10.2026
04.10.2026
03.10.2026
























