25 Iyul 2026, Şənbə
Ceyhun Nuriyev “Araz-Naxçıvan”da
"Qarabağ" ÇSKA ilə heç-heçə etdi
"Zirə" Estoniyada məğlub oldu
“Neftçi” “Dinamo”ya uduzdu

Digər idman növləri

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 32 illiyi münasibətilə avarçəkmə idmanı ilə tanışlıq və təcrübə sessiyası təşkil olunub.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, nazirlik yanında İctimai Şura, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi gənclər təşkilatlarının rəhbər və nümayəndələrini avarçəkmə idman növü ilə yaxından tanış etmək, sağlam həyat tərzini təşviq etmək və gənclər arasında idmana marağı artırmaq olub.

Tədbirdə Azərbaycan Su İdman Növləri Federasiyasının peşəkar təlimçiləri iştirakçılara təhlükəsizlik qaydaları, avarçəkmə texnikası və qayıqlardan düzgün istifadə ilə bağlı məlumat veriblər. Nəzəri hissədən sonra iştirakçılar su üzərində praktiki məşğələyə qoşularaq avarçəkmə təcrübəsi əldə ediblər.

Sessiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi baxımından uğurlu təşəbbüs kimi qiymətləndirilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31