8 Sentyabr 2026, Çərşənbə axşamı
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi

Digər idman növləri

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

İyulun 28-də Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı təşkil olunacaq.

Futbolxeber.az saytına federasiyadan verilən məlumata görə, yarış Bakı bulvarında, Su İdman Növləri Federasiyasının qarşısında (“Suraxanı” gəmi-muzeyinin yaxınlığında) baş tutacaq.

Çempionatda paytaxt Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən mübarizə aparacaq. İştirakçılar akademik avarçəkmə və kanoe növlərində birnəfərlik qayıqlarda, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafəyə yarışacaqlar. Bundan başqa, iştirakçılar ilk dəfə olaraq qarışıq növdə də (mix) mübarizə aparacaqlar.

Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.

Qeyd edək ki, açıq Bakı çempionatının keçirilməsində əsas məqsəd idmançıların hazırlıq səviyyəsinin yoxlanılması və onların arasında rəqabətin gücləndirilməsidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30