23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Digər idman növləri

Budapeştdə yarışacaq güləşçilərimiz müəyyənləşdi

Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turnirinə start veriləcək.

Futbolxeber.az saytının məlumatına görə, mövsümün 4-cü reytinqi turnirində ölkəmizi 21 güləşçi təmsil edəcək.

İyulun 19-dək davam edəcək turnirdə əvvəlcə sərbəst güləşçilər mübarizəyə başlayacaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Arif Abdullayev, Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev (92 kq), Osman Nurmaqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) məsul yarışda gücünü sınayacaq.

Daha sonra estafet qadın güləşçilərə keçəcək. Məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Nərgiz Səmədova, Əsmər Cankurtaran (hər ikisi (53 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzazadə (68 kq) uğur qazanmağa çalışacaq.

Yunan-Roma güləşçilərinin mübarizəsində isə ölkəmizi Elmir Əliyev (60 kq), Murad Məmmədov, Sakit Quliyev (hər ikisi 63 kq), Məhəmməd Şükürzadə (67 kq) və Arif Niftullayev (97 kq) təmsil edəcək. Komandanın məşqçilər korpusuna böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rövşən Bayramov daxildir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31