Digər idman növləri
Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
Quba şəhərində yerləşən Milli Azərbaycan Qolf Klubunda Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi 2026 keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, bu yarış Azərbaycan qolf tarixində əlamətdar hadisə olmaqla, yalnız Azərbaycan qolfçularının iştirakı ilə keçirilən ilk rəsmi ölkədaxili qolf çempionatı və ölkə birinciliyi kimi tarixə düşmüşdür. Turnirin əsas məqsədi ölkədə qolf idman növünün inkişafına töhfə vermək, yerli idmançıların peşəkar səviyyəsinin yüksəldilməsini təşviq etmək, sağlam rəqabət mühitini formalaşdırmaq və yeni istedadların üzə çıxarılmasına şərait yaratmaq olmuşdur.
Çempionatın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Açılış mərasimində çıxış edən Azərbaycan Qolf Federasiyasının vitse-prezidenti Anar Əzimov iştirakçıları salamlamış, onlara uğurlar arzulamış və yarışın ölkədə qolfun inkişafı baxımından əhəmiyyətini vurğulamışdır.
Yarışda Azərbaycanın müxtəlif bölgələrini təmsil edən qolfçular iştirak etmiş, yüksək idman ustalığı, peşəkarlıq və fair-play prinsiplərinə sadiqlik nümayiş etdirmişlər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnir iştirakçılar, qonaqlar və qolf həvəskarları tərəfindən böyük maraqla qarşılanmışdır.
Yarışın yekun nəticələrinə əsasən:
I yer - Gülnarə Əsədova
II yer - Emin Rzayev
III yer - Eldar Kərimov
Gülnarə Əsədova ümumi sıralamada birinci yerə layiq görülərək Azərbaycan qolf tarixində ölkə çempionu adına sahib olan ilk qadın qolfçu kimi tarixə düşmüşdür. Onun bu uğuru ölkədə qadınların idmanda iştirakının təşviqi və qolfun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Turnirdə göstərdiyi yüksək nəticələrə görə Gülnarə Əsədova Azərbaycan milli qolf komandasının heyətinə daxil edilmişdir. Bu qərar onun gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək potensialının yüksək qiymətləndirilməsinin göstəricisidir.
Xüsusi nominasiyalar üzrə qaliblər də mükafatlandırılmışdır:
Best Gross Winner - Emin Rzayev
Longest Drive Winner - Amir Kərimov
Nearest the Pin Winner - Emin Rzayev
Nearest the Pin Winner - Gülnarə Əsədova
Yarışın keçirilməsində göstərdikləri dəstəyə görə sponsorlar - Sarda Group, Electrify Azerbaijan, Azerbaijan Energy Automotive Factory, Azergold, Lexus Bakı və Milli Azərbaycan Qolf Klubuna təşəkkürümüzü bildiririk. Sponsorların dəstəyi yarışın yüksək təşkilati səviyyədə keçirilməsinə mühüm töhfə vermişdir.
Yarışın sonunda qaliblər və mükafatçılar kubok, medal və diplomlarla təltif olunmuşlar. İştirakçılar üçün xüsusi hədiyyələr Milli Azərbaycan Qolf Klubu və Lexus Bakı tərəfindən təqdim edilmiş, mükafatlar Azərbaycan Qolf Federasiyasının Baş katibi Arif Novruzov və Federasiyanın vitse-prezidenti Anar Əzimov tərəfindən qaliblərə təqdim olunmuşdur.
Azərbaycan Qolf Federasiyası ölkədə qolf idman növünün inkişafı, yeni idmançıların hazırlanması və beynəlxalq standartlara uyğun yarışların təşkili istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Əfran İsmayılovun israfçılığı...
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
18:54
Mingəçevir Reqatası: Avarçəkənlərimiz daha 7 medal qazanıblar
-
18:26
Voleybol oyununa görə "Turan Tovuz" oyununun yeri dəyişdirildi
-
18:12
PFL I Liqada 15 oyunun vaxtını açıqladı
-
18:00
İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
17:47
Boksçularımız U-17 Avropa çempionatında iştirak edəcəklər
-
17:33
"Mingəçevir Reqatası-2026": Daha bir idmançımız qızıl medal qazanıb
-
17:21
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “ustad dərsləri”
-
16:59
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
-
16:48
U-20-nin oyunları canlı yayımlanacaq
-
16:05
Canninin gəlişindən sıxılan canlar
-
15:36
Bu federasiyaya yeni prezident seçildi
-
15:14
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
-
14:52
Toni Doherti: “Azərbaycana qarşı hücum futbolu oynayacağıq”
-
14:27
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
-
14:00
"Zirə"nin üzvləri üçün maarifləndirici sessiya təşkil olunub
-
13:41
"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
-
13:13
"Mingəçevir Reqatası-2026": Təmsilçilərimiz daha üç medal qazanıblar
-
12:59
Kökçü millinin düşərgəsindən ayrıldı
-
12:38
Yunanıstan - Latviya oyunu azərbaycanlı hakimlərə tapşırıldı
-
12:05
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:46
İspaniya - Xorvatiya matçında 5 qol VİDEO
-
11:22
Anje Mutsinzi: 90 dəqiqə, sarı vərəqə və 3 xal
-
10:54
“Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
-
10:31
Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
-
10:17
"Mingəçevir Reqatası-2026": İkinci mərhələyə start verilir
-
10:00
Azərbaycan klublarının rəsmiləri mötəbər tədbirdə iştirak ediblər
-
09:43
"Zirə"nin futbolçusu millidə qol vurdu
-
09:29
U-21 millimiz Şotlandiyaya qarşı
-
20:33
Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib FOTOLENT
-
19:00
II Liqada V tura yekun vuruldu
-
18:14
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
-
17:41
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
-
17:22
IX turun oyun cədvəli açıqlanıb
-
16:59
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
-
16:37
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib
-
16:15
“Araz”, “Damla” və “Xəzər”
-
15:48
NTD daha üç yerli basketbolçunu heyətinə qatıb
-
15:26
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
15:00
PFL Premyer Liqada təxirə salınmış 2 oyunun vaxtını açıqladı
-
14:34
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
-
14:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:41
"Sumqayıt"dan növbəti transfer
-
13:12
Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
-
12:57
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi
-
12:39
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
12:25
Dövlət başçısının FIFA prezidenti ilə görüşündən FOTOLENT
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
-
11:46
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
-
11:24
Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
30.09.2026
29.09.2026





















.jpg)


