30 May 2026, Şənbə
“Qrup lideri olmaq niyyətindəyik”
Millimiz İtaliyanı məğlub etdi
Kaxaber Sxadadzedən qələbə şərhi
“Qəbələ” “Mingəçevir”ə qalib gəldi

Digər idman növləri

Azərbaycanın cüdo yığması İstanbulda keçirilən Avropa Kubokunu 7 medalla başa vurub

Azərbaycanın cüdo yığması İstanbulda keçirilən Avropa Kubokunu 2 qızıl və 5 bürünc medalla başa vurub.

Futbolxeber.az saytının federasiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yarışın ikinci günündə 90 kq çəki dərəcəsində çıxış edən Aslan Kotsoyev keçirdiyi 5 görüşün hamısında qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Finalda cüdoçumuz Qazaxıstan təmsilçisi Qleb Azarova qalib gəlib.

Mehdi Abbasov (-81 kq), Ramazan Əhmədov (+100 kq) və Xədicə Qədəşova (-52 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, yarışın ilk günündə Nizami İmanov (-66 kq) qızıl, Nihad Məmişov və Fərid Qarayev (hər ikisi -60 kq) isə bürünc medala sahib olublar. Azərbaycan yığması 31 ölkə arasında ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 2-ci yeri tutub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31