5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Digər idman növləri

Azərbaycan qılıncoynadanları Dünya Kubokunda çıxış ediblər

Azərbaycan təmsilçiləri Əlcəzairin Oran şəhərində qılıncoynatmanın sablya növü üzrə Dünya Kubokunda çıxış ediblər.
 
Futbolxeber.az saytının məlumatına görə, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət yığmamız komanda yarışında ən güclü səkkizliyə yüksəlmək üçün İtaliya millisi ilə qarşılaşıb.
 
Gərgin mübarizə şəraitində keçən görüşdə komandamız güclü rəqibinə 44:45 hesabı ilə uduzub.
 
Millimiz 9-16-cı yer uğrunda baş tutan duellerdə Əlcəzairi 45:19 hesabı ilə məğlub edib. 9-10-cu yer uğrunda reallaşan qarşılaşmada isə yığmamız İspaniya kollektivinə 32:45 hesabı ilə məğlub olub.
 
Palina Kaspiaroviç zədələndiyindən komandamız Bolqarıstanla 11-ci yer uğrunda görüşə çıxmayıb.
 
Sablyaçıların şəxsi yarışında Səbinə Kərimova və Zərifə Hüseynova qrup mərhələsini uğurla başa vursalar da, pley-offda mübarizəni dayandırıblar. Palina Kaspiaroviç isə ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada turnirin bürünc mükafatçısı, macar Katinka Battaniyə 7:15 hesabı ilə uduzub.
 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31