15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Digər idman növləri

Bakıda Dünya çempionatına ev sahibliyi edəcək

2026-cı ilin iyun ayında Azərbaycan yenidən cüdo dünyasının mərkəzinə çevriləcək və Dünya Çempionatına ev sahibliyi edəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Beynəlxalq Cüdo Federasiyası və Azərbaycan Cüdo Federasiyası arasında müvafiq razılıq əldə edilib.

Qeyd edək ki, cüdo üzrə Los Anceles 2028 Yay Olimpiya Oyunlarına lisenziya təsnifat yarışlarına Bakıda keçiriləcək dünya çempionatı ilə start veriləcək.
 
Bu nüfuzlu tədbir, yeni Olimpiya dövründə qlobal cüdo icması tərəfindən səbirsizliklə gözlənilir. Dünyanın çox sayda ölkəsindən ən güclü idmançılar paytaxt Bakıda mübarizə aparacaqlar.
 
Onu da vurğulayaq ki, Azərbaycan daha əvvəl 2018-ci ildə cüdo üzrə Dünya Çempionatına ev sahibliyi edərək, yüksək səviyyəli beynəlxalq idman tədbiri təşkil edib.
 
Beynəlxalq Cüdo Federasiyası tərəfindən dərc olunan məqalədə Bakının bu tədbirə ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanır və Azərbyacn Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı dəstəyi, eləcə də ölkənin idman təşkilatlarının birgə səyləri nəticəsində Azərbaycanın cüdo sahəsində güclü oyunçuya çevrildiyi bildirilir. Məqalədə, həmçinin, Hidayət Heydərov və Zelim Kotsoyevin Paris 2024 Olimpiya Oyunlarında qazandıqları qızıl medallar bu nailiyyətlərin zirvəsi kimi vurğulanır.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31