2 Yanvar 2026, Cümə
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı

Digər idman növləri

Azərbaycanlı dünya çempionu: "Taktikanı dəyişmədim, plana sadiq qaldım"

"Rəqiblərimin mənimlə görüşlərə hazırlaşdıqlarını hiss edirdim. Buna baxmayaraq, heç bir taktikanı dəyişmədim, plana sadiq qaldım".
 
Futbolxeber.az-ın məlumatına görə, bunu İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov (51 kq) Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib.
 
İdmançı artıq ikiqat Avropa və ikiqat dünya çempionu (hər ikisi U-17) olduğunu xatırladıb:
 
"Eyni nəticəni U-20 səviyyəsində də əldə etməyi planlaşdırıram. Mənim üçün ən çətin final qarşılaşması idi. İlk hissədə 1:3 hesabı ilə geridə idim. Amma sonra özümü toparlaya bildim, hesabı bərabərləşdirdim və sonda qalib gəldim. Ən vacib olan da bu idi".
 
Qeyd edək ki, yunan-Roma güləşçilərindən Ayxan Cavadov (60 kq) qızıl, Əmrah Əmrahov (48 kq) isə bürünc mükafata sahib çıxıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31