15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Digər idman növləri

Azərbaycanın 10 boksçusu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın 10 boksçusu Monteneqronun Budva şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək.

Futbolxeber.az saytının Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 8-də startı veriləcək yarış 6 gün davam edəcək.

Turnirdə baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında Tural Sarıyev (48 kq), Nicat Hüseynov (54 kq), Şamil Əskərov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq), Eldar Quliyev (86 kq) və Rauf Rəhimov (92 kq) qüvvələrini sınayacaqlar.

Bu gün səfərə yollanan yığma oktyabrın 16-da Bakıya qayıdacaq.

Qeyd edək ki, Avropa Kubokunun püşkü oktyabrın 7-də atılacaq. Final döyüşləri isə ayın 14-də baş tutacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31