30 Sentyabr 2026, Çərşənbə
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də

Digər idman növləri

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında bu gün start götürən gənclər arasında ağırlıqaldırma üzrə Azərbaycan birinciliyinin açılış mərasimi baş tutub.

Futbolxeber.az saytının məlumatına görə, baş katib Rizvan Rəsulov tədbirdə çıxış edib.

O bildirib ki, çempionatın təşkilində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində inkişaf səviyyəsinin, perspektivli ağırlıqqaldıranların müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsi, beynəlxalq yarışlara hazırlıqlı idmançıların müəyyən olunmasıdır.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Ardınca federasiyanın vitse-prezidenti Firdovsi Umudov iki hakim - Səbinə Rzayeva və İlham Hüseynova müvafiq Beynəlxalq Dərəcəli Hakim kitabçaları təqdim edib.

Qeyd edək ki, yarış oktyabrın 6-da başa çatacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30