16 Sentyabr 2025, Çərşənbə axşamı
V turun hakim təyinatları açıqlandı
"Kəpəz" 1000-ci oyununa çıxdı
“Qarabağ” Lissabona çatdı
"Onlardan yüz faiz razı deyilik"

Digər idman növləri

Emin Əmrullayev Avropa çempionatında uğurlu nəticə əldə etmiş şahmatçılarla görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev Rumıniyanın Mamaya şəhərində yeniyetmə oğlan və qızlar arasında keçirilən şahmat üzrə Avropa çempionatında uğurlu nəticə göstərən idmançılarla görüşüb.
 
Futbolxeber.az saytının məlumatına görə, toplantı nazirliyin inzibati binasında gerçəkləşib.
 
47 ölkədən 928 idmançının iştirak yarışda Azərbaycanı təmsil edən 44 şahmatçıdan 39-u Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri olub. Ümumilikdə qazanılan 7 medaldan 6-sı bu məktəblərin üzvləri tərəfindən əldə edilib.
 
Qeyd edək ki, Avropa çempionatında Məhəmməd Kazımzadə, Mehriban Əhmədli (hər ikisi U-8), Əhməd Xaqan (U-12), Rüstəm Rüstəmov (U-14) qızıl, Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş, Səadət Bəşirli isə bürünc medal qazanıb. Yekunda Azərbaycan komanda hesabında bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30