18 May 2026, Bazar ertəsi
Aleksandr Ramalinqomun yubiley qolu
Abubakar “Bursaspor”a keçir?
“Uşaqlar maksimumunu ortaya qoydu”
"Neftçi" və "Zirə" qalib gəldi

Digər idman növləri

Azərbaycanın daha 13 güləşçisi medal qazanıb

Azərbaycanın daha 13 idmançısı Bakıda keçirilən kəmər güləşi üzrə Avropa çempionatında medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, yarışın ikinci günündə yığma üzvlərindən 1-i gümüş, 12-si isə bürünc mükafata yiyələnib.

90 kq çəki dərəcəsində mübarizə aparan Etibar Rzayev yalnız finalda rəqibinə məğlub olub. Ceyhun Cavadzadə, Rüfət Hacıyev (hər ikisi 57 kq), Ariz Hüseynov, Nurlan Məmmədov (hər ikisi 62 kq), Nihad Rzayev, Cəsur Mehtiyev (hər ikisi 68 kq), Xəlil Murzayev (75 kq), Nəsir Həsənov (82 kq), Namiq Babayev (90 kq), Mahir Əliyev, Amin Qulamov (hər ikisi 100 kq) və Sadiq Ağamalıyev (+100 kq) üçüncü yeri tutublar.

Ötən gün yığma üzvləri 1 qızıl, 5 gümüş, 11 bürünc medal əldə ediblər.

Milli Gimnastika Arenasında təşkil olunan 3-cü Avropa çempionatı oktyabrın 4-də başa çatacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31