6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Digər idman növləri

Ağırlıqqaldırma Federasiyasına yeni prezident seçildi

Azərbaycan Ağırlıqqaldırma Federasiyasında prezident seçkiləri keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, bu gün keçirilən növbədənkənar ümumi yığıncaqda Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə federasiyanın yeni prezidenti seçilib.
 
Firdovsi Umudov və Mirsəməd Mövsümzadə isə vitse-prezident vəzifəsinə seçiliblər.
 
Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə federasiyanın adının dəyişdirilməsi də qərara alınıb. Azərbaycan Ağır Atletika Federasiyası bundan sonra Azərbaycan Ağırlıqqaldırma Federasiyası kimi qəbul olunacaq.
 
Yeni prezident Kamran Nəbizadə çıxış edərək, qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb. Sonda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yeni seçilən federasiya rəhbərliyinə uğurlar arzulayıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31