25 Sentyabr 2023, Bazar ertəsi
Güləş millimiz dünya çempionu oldu
"Səbail"dən ardıcıl IV qələbə
Yankoviç daha iki il “Qarabağ”da
Sumqayıtda və Zirədə heç-heçə

Digər idman növləri

Bax Azərbaycan Taekvondo Federasiyasının qonağı olub

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax, Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çu və WT-nin baş katibi Seo Jeonqkanq Azərbaycan Taekvondo Federasiyasının (ATF) qonağı olublar.

Futbolxeber.az saytının məlumatına görə, onlar gənclər və idman naziri Fərid Qayıbov, ATF prezidenti Kəmaləddin Heydərov, vitse-prezidentlər Nağı Səfərov və Niyaməddin Paşayevlə görüşüblər.

Qonaqlara Azərbaycanda taekvondonun hazırkı durumu barədə məlumat verilib, bu idman növünün daha da inkişafı və kütləviləşməsi istiqamətində fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycanın taekvondo üzrə dünya çempionatına və Dünya Taekvondosunun 50 illik yubiley tədbirinə ev sahibliyi etməsi tarixi hadisədir.

IOC və WT prezidentləri ardınca ATF-in idman zalında məşq edən taekvondoçularla da söhbət ediblər. Onlara xatirə hədiyyələri təqdim edən qonaqlarla komanda ilə xatirə şəkli də çəkdiriblər.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2023
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30